8 C
Baku
Tuesday, March 19, 2024

Sənədli əməliyyatlar – biznesin etibarlılığı

Hazırda Azərbaycanda bir çox şirkətlər yeni bazarlara çıxmağa çalışır. Bunun üçün isə əksər hallarda pul vəsaitinin cəlb edilməsi, eləcə də sənədli əməliyyatlar kimi maliyyə alətlərinin istifadəsi tələb olunur. Bu və ya digər hallarda hansı bank məhsulunun seçilməsi barədə bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi və xidməti idarəsinin rəisi Samir Musayev danışıb.

 

– Sənədli əməliyyatların üstünlükləri nədir?

 

Bu gün əksər müəssisələr xarici şirkətlərlə bizneslərini inkişaf etdirir: avadanlıq alır, xarici bazarlara məhsullarını çıxarır. Bir çox hallarda alıcılara ödəniş etmək üçün vaxt tələb olunur, satıcılar isə ödəniş edilməməsi risklərindən qorunmaq üçün belə güzəştə getmir. Belə hallarda

hesablarda akkreditivdən istifadə etmək və ya öhdəlikləri bank zəmanəti ilə təmin etmək imkanı mövcuddur. Sənədli əməliyyatlar iki tərəfin üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin etibarlılığını  təmin etməyə, ödənişin edilməməsi, keyfiyyətsiz məhsulun təchizatı kimi risklərdən qorunmağa imkan verir.

Beləliklə, sənədli əməliyyatların istifadəsinin üstünlükləri arasında bunları qeyd etmək olar: tərəflərin risklərinin azaldılması, məhsulun müasir və kompleks şəkildə təchizatının təminatı, sazişin şərtlərinə rəayət edilməsi üzrə nəzarət. Bundan başqa, qiymətinə görə ticarət maliyyələşdirilməsi xidmətləri kreditləşmədən daha sərfəlidir. Eyni zamanda, bu xidmətlər müştərinin etibarına da təsir göstərir: şirkətlər xarici tərəfdaşlarla etibarlı əlaqələri inkişaf etdirir və bununla da etibarlı tərəfdaş kimi öz statusunu möhkəmləndirir.  

Sənədli əməliyyatlar müxtəlif iştirakçıların maraqlarını nəzərə alaraq mürəkkəb konstruksiyalı razılaşmaların qurulmasına imkan verir və hesablaşma, zəmanət və kredit funksiyalarını özündə birləşdirir və minimal risk daşıyır.  

– Bu məhsullardan hansıları VTB (Azərbaycan) təklif edir?

 

 

Bizim bank həm manat, həm xarici valyutada bütün növ sənədli əməliyyatları həyata keçirir.

Sənədli akkreditiv formasında beynəlxalq hesablaşmalar aparıldıqda bank müştərinin tapşırığı ilə akkreditivin açılması və ya müxbir banklar vasitəsilə akkreditivlərin təsdiq olunması, bu akkreditivlər üzrə ödənişlərin həyata keçirilməsi, xarici banklar tərəfindən müştərilərinin və müxbir banklarının xeyrinə açılmış akkreditivlər barədə onlara məlumatın verilməsi,kommersiya sənədlərinin ödənişə qəbulu, xarici banklar tərəfindən ödənişin alınması kimi xidmətlər təklif edir. İxrac və idxal əməliyyatları üzrə müqavilənin lazımi qaydada yerinə yetirilməsi, avans ödənişinin qaytarılması, müqavilə üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsi kimi zəmanətlər təklif olunur. Biz həmçinin tender zəmanətləri üçün bir sıra əməliyyatlar, o cümlədən tender üzrə uduş və öhdəliklərin yerinə yetirilməsinə dair əməliyyatlar təklif edirik.

 

– Bank VTB (Azərbaycan) tərəfindən təklif olunan sənədli əməliyyatların üstünlüyü nədir?

 

Bank VTB (Azərbaycan) sənədli əməliyyatlar sahəsində uzunmüddətli iş təcrübəsinə malikdir, sənədli biznesi bütün dünyada uğurla, o cümlədən VTB qrupa daxil olan bankların, digər tərəfdaş bankların və maliyyə institutlarının dəstəyi ilə həyata keçirir. Rəqabət qabiliyyətli tariflər üzrə mümkün qədər qısa müddətdə əməliyyatların həyata keçirilməsi bank VTB (Azərbaycan) ilə işləməyin üstünlüyüdür.

Qeyd edək ki, VTB (Azərbaycan)-ın kapitalında bank VTB-nin 100%-lik iştirakı Rusiyadan olan benifisiarlar üçün böyük üstünlükdür. Bu, ilk növbədə, bankın məsuliyyətindən və etibarlılığından xəbər verir. Azərbaycandan olan ixracatçılar üçün isə önəmlisi odur ki, VTB qrupun bir hissəsi olaraq, bizim zəmanət və akkreditivləri birbaşa vermək imkanımız var ki, bununla da bizim müştərilərimizin əksər kontragentləri bankımızın zəmanətlərini əlavə təsdiq sənədləri tələb etmədən almağa hazırdır. Bu da öz növbəsində təşkilatların xərcini xeyli azaldır və kontragentlərlə işi asanlaşdırır.

 

– Sənədli əməliyyatların hansılarına daha çox tələbat var?

Bank zəmanətlərinə sahibkarlarda böyük maraq müşahidə olunur. Adətən, xarici tərəfdaşlar yalnız kontragent ödəniş olacağını təsdiqlədiyi halda ödəniş üzrə vaxt verir. Məhz bank zəmanəti belə bir təsdiqdir. Tərəfdaşına ödəniş etmək üçün sahibkara kredit almaq və ya vəsaitini dövriyyədən çıxarmaq tələb olunmur. Belə olan halda bank zəmanəti üçün müraciət etmək kifayətdir. Məhz buna görə də bu məhsul iş adamları üçün cəlbedicidir.

 

Əgər akkreditivlər ödəniş aləti kimi istifadə olunursa, bank zəmanətləri sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edən alətdir.

– Belə növ əməliyyatlardan adətən böyük şirkətlər istifadə edir?

Belə hesab olunur ki, sənədli əməliyyatlar yalnız iri ixracatçı və idxalçılar imtiyazı olan kifayət qədər ciddi maliyyə alətləridir. Amma bu, yanlış bir fikirdir. Ticarət maliyyələşdirilməsi üçün həm iri şirkətlər, həm kiçik və orta biznes müəssisələri müraciət edə bilər. Biz müştərilərimizə sövdələşmələrin bütün mərhələlərində  hərtərəfli kömək göstərməyə çalışırıq – sazişin layihəsinin hazırlanmasından başlayaraq, real təchizat və hesablaşmalara nəzarətin həyata keçirilməsinədək. Bank müştəriyə sazişin şərtlərini düzgün izah etməyə, mümkün riskləri qiymətləndirməyə kömək edir.

 

–  VTB (Azərbaycan)-da zəmanəti necə almaq olar?  

 

Zəmanətin verilməsi üçün bankın xidməti üzrə şöbəsinə müraciət etmək və zəmanətin verilməsi üçün tələb olunan sənədlər üzrə məsləhət almaq lazımdır. Əlavə olaraq bank VTB (Azərbaycan) zəmanətin mətninin hazırlanması, eləcə də  müştərinin xeyrinə iş tərəfdaşının bankı təfərindən verilmiş zəmanətlərin vizalaşması üzrə xidmətlər göstərir.

Sənədli əməliyyatlar barədə ətraflı məlumat və məsləhət almaq üçün sahibkarlar bankın səlahiyyətli nümayəndələrinə müraciət edə bilər:

Andrey Şamilov     + 994 (55) 855 50 88

Seymur Qasımov  + 994 (55) 212 02 54

Son xəbərlər
Digər xəbərlər