8 C
Baku
Thursday, March 28, 2024

Səs-küylü gəldi, səssiz gedir – Azərbaycanlı ekspertin şərhi

Kriptovalyutalar müasir dünyanın yeni pul vahidi kimi qəbul olunur.Ancaq bitcoin və digər bu kimi virtual valyutalar haqqında birmənalı fikirlər yoxdur. Bir tərəf bu tip koinlərin gələcəkdə dünyanın vahid valyutasına çevriləcəyini, digər tərəf isə bunun sadəcə “sabun köpüyü” olduğunu deyir. Kriptovalyutaların gələcəyinə təhlükə yaradan bir çox amillər var və bunların başında çirkli pulların yuyulmasında, terrorun maliyyələşməsində və digər qanunsuz pul dövriyyələrində istifafə gəlir.Qeyd edək ki, kriptovalyutaların mənbəyi olmadığı üçün pul köçürmələrini izləmək mümkün deyil. Bu baxımdan bitcoin və digər koinlərin gələcəyinin olmadığı və qısa zamanda etibarını itirəcəyi  düşünülür. 

Son günlər virtual pul bazarında baş verən ucuzlaşma da deyilənləri bir növ doğrulayır. Bir həftə ərzində kriptovalyutalar içində ən populyar olan bitcoin 40 faiz dəyər itirdi və 20 min dollardan 12 min dollara qədər ucuzlaşdı. Ucuzlaşma prosesinin sürətli getməsi bazar iştirakçılarının ciddi narahatçılığına səbəb oldu.Ancaq maraqlı məqam ondadır ki, bitcoinin ucuzlaşmasında öncə bu haqda dövriyyədə bitcoinin terrorun maliyyəşməsində istifadə olunduğu xəbəri gedirdi.Ardınca bitcoinin yaradıcı açıqlama verərək, bu valyuta növünün gələcək üçün etibarlı olmadığını bildirdi.Virtual pul bazarında olan sürətli dalğalanma nəticə etibarı ilə ciddi ucuzlaşmaya gətirib çıxartdı.

Bir müddət öncə ABŞ və İsrail də virtual valyutaların birjalarda istifadə olunmasına qadağa tətbiq etdi.Belə ki, İsrail Kapital Bazarları Palatasının (ISA) sədri Shmuel Hauser, gələn həftə bir təklifi müzakirə edəcəklərini bildirib.Təklifə görə, kriptovalyutalar ilə əlaqəsi olan şirkətlər Təl-Əviv Birjasında (TASE) listinqə qəbul edilməyəcək, mövcud olanlar isə indeksdən çıxarılacaqdır.Səbəbi isə bitcoin və digər koin qiymətlərinin həddindən artıq dalğalanması və qeyri-müəyyənlik səbəbindən investorların zərər görməməsi kimi göstərilir.Bütün bunlara baxmayaraq hal-hazırda bitcoinə 395 milyard dollar investisiya yatırılıb.Bu kifayət qədər böyük bir rəqəmdir və bu bazarda baş verən proseslər ciddi narahatçılıqla izlənilir.Görünən odur ki, artıq dünya gücləri kriptovalyutalara qarşı müharibə elan edib və onun gündəlik həyata daxil olmasının qarşısı alınır.Bitcoinin sürətlə ucuzlaşması da məhz bununla bağlı olan məsələdir.Ekspertlər hesab edir ki, növbəti dövrlərdə virtual pulların sürətlə ucuzlaşma prosesi davam edəcək.

“Bitcoinin ucuzlaşması davam edəcək”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bitcoinin sonunun uzaq olmadığını deyib:

“Bitcoinin ucuzlaşma prosesi Amerika Birləşmiş Ştatları (ABŞ) Federal Ehtiyyatlar Sisteminin (FES) rəhbəri Canet Yellenin çıxışından sonra başladı. Həmin çıxışı şərh edərkən də dedim ki, indiyə qədər ABŞ bu məsələyə münasibət bildirmirdi, indi bildirdi. Bildirməsi isə o deməkdir ki, ABŞ bu valyutanı aradan götürmək istəyir.İndi hər kəs deyir ki, bitcoinin arxasında dayanan kimdir?Biz də bilirik ki, ABŞ-da buna qarşı rəqabət var. Ümumiyyətlə, hesab edirəm ki, bu haqda danışanların hamısı ABŞ-ın göstərişi ilə danışır.Bunlar hamısı da bitcoini gözdən salmağa edilən cəhdlərdir.Hazırda ABŞ dünyanın fövqəl dövlətidir.Əgər ABŞ bu vayutanın axırına çıxmaq istəyirsə, əlbəttə ki, bunun qarşısında durmaq çox çətindir.Böyük ehtimalla gözlənilməz hadisələr baş verməsə, bitcoinin növbəti ildə də ucuzlaşması davam edəcək.Əgər ABŞ-ın bunda öz marağı olsa.Biz bilirik ki, dünyada baş verən terror aktlarını, terror qruplaşmalarını maliyyələşdirən elə ABŞ-dır.Bu artıq hər kəsə bəllidir.Yəni, ABŞ-ın belə maraqları olmasa, bitcoinin axırı çox da uzaq deyil”.

Son xəbərlər
Digər xəbərlər