15 C
Baku
Friday, March 29, 2024

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Azərbaycanda müvafiq şərtlər çərçivəsində vətəndaşın şəxsiyyət vəsiqəsi ilə də ölkə xaricinə gedib-gəlmək mümkün olacaq.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 10.1-ci maddəsinə (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi) əlavələr edilir.

Edilən əlavəyə görə, “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

Məcəlləyə əlavə Milli Məclisin mayın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər