12 C
Baku
Friday, March 29, 2024

Səyahət krediti artıq sərfəli deyil?

Stressli iş rejimində çalışanların təbii ki, istirahətə daha çox ehtiyacı var. Bütün ili məzuniyyət belə götürmədən işləyənlər üçün isə qarşıdan gələn bayram istirahət üçün əla fürsətdir. Lakin bəzən elə olur ki, nə qədər işləsən də problemlər o qədər olur ki, maddi vəziyyətimiz istirahətə  getməyə mane olur. O zaman isə istirahət haqqında bütün xəyallarınız necə deyərlər puç olur.

Lakin banklarımız səyahət haqqında istəklərinizin reallaşması üçün səyahət krediti məhlulları təqdim edir. Qarşıdan gələn bayramı nəzərə alaraq sizə hansı bankların səyahət krediti təklif etdiyini araşdırmaq qərarına gəldik.

Təəssüflər olsun ki, araşdırmamız o qədər də uğurlu nəticələr ilə yekunlaşmadı. Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan sadəcə 2 bank bu məhsulu təqdim edir. Hətta bir neçə ay əvvəl səyahət krediti verən banklar belə bu məhsulu dayandırıb.

Onu da qeyd etmək lazımdır ki, əhali üçün səyahət krediti məhsulu bankların təqdim etdiyi digər nağd kreditlər ilə müqəyisədə daha sərfəlidir. Səyahət kreditlərinin üstünlükləri hansılardır:

  • Səyahət kredit növünü yaxın zaman çərçivəsində qaytarmalı olduğunuz digər kreditlər olmadığı təqdirdə götürmək olar;
  • Sizin daimi gəlir mənbəyiniz olmalıdır. Lakin yadda saxlamaq lazımdır ki, iqtisadi böhran zamanı gəlir gətirən hər iş heç də həmişə daimi qazancın təminatı deyil;
  • Yaxşı olardı ki, istirahətinizi artıq mövcud olan pullarla keçirəsiniz, krediti isə hər ehtimala qarşı ehtiyat üçün götürə bilərsiniz. Bunun üçün krediti nağd olaraq kassadan götürməyə ehtiyac yoxdur, kredit kartından istifadə edə bilərsiniz.

Hazırda səyahət krediti təklif edən bank isə Bank of Baku və Bank olmayan Kredit təşkilatı olan TBC Kreditdir.

Bank of Baku səyahət krediti üçün sizə 150 -3 000 AZN təklif edir. Kredit üçün tətbiq olunan faiz dərəcəsi isə bankın ilkin müştəriləri üçün 30% -dir. Kreditin müddəti 3-18 ay, komissiya haqqı isə 2%+10 AZN-dir. Qeyd olunan məhsulu 20-65 yaşda olan şəxslər əldə edə bilər. Onu da əlavə edək ki, 2 000 AZN –dən yuxarı müraciət olunan məbləğ üçün Bank zamin tələb edir.

Digər səyahət məhsulu təqdim edən Kredit təşkilatı isə TBC Kredit-dir.  TBC Kredit də bu məhsul üçün sizə 3 000 AZN təklif edir. Kreditin müddəti 18 ay, illik faiz dərəcəsi isə 26%-dir. Kredit üçün komissiya haqqı isə 2% nəzərdə tutulub.

Sonda isə, əgər səyahət üçün pulunuz yoxdursa, sizə yuxarıda qeyd olunan banklardan faydalanmağı məsləhət görürük.  Düzdür, digər banklardan da nağd kredit əldə edərək səyahət istəyinizi reallaşdıra bilərsiniz. Lakin, müqayisə baxımından bu məhsulun əldə olunması daha sərfəlidir.  Və ən əsası isə, nə qədər imkanınız varsa istirahət edin çünki, sonra gec ola bilər.

Son xəbərlər
Digər xəbərlər