16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sabiq bankirlərin iki futbolçusu həbs edildi: Oyun satıblar

“Keşlə”nin prezidenti Zaur Axundov futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun həbsinə münasibət bildirib.

Banker.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya açıqlama verən klub rəsmisinin məlumatında deyilir.

O bildirib ki, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir və rəsmi məlumat yayacaqlar: “Biz dəfələrlə oyun alqı-satqısının qarşısını almaq üçün seminarlar keçirmişik. Dəfələrlə demişik ki, belə şeylər olmamalıdır. Bu seminarlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”.

Axundov klub tərəfindən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmadığını bildirib: “Yox, biz heç kimə bu barədə nəsə deməmişik. Sadəcə onlar özləri araşdırırlar. Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Hər şey ola bilər. Qoy bu hamıya dərs olsun”.

Son xəbərlər
Digər xəbərlər