15 C
Baku
Saturday, April 27, 2024

Sabiq mobil operator prezidenti baş nazir oldu

«Azercell» şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş naziri təyin edilib.

Onun namizədliyini 60 deputat dəstəkləyib.

Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.

«Real olaraq, bir neçə il ərzində Moldova Avropa İttifaqının tam hüquqlu üzvü olmalıdır», — deyən Qaburiç əlavə edib ki, Moldova ənənəvi tərəfdaşları — Rusiya, Ukrayna və Rumıniya ilə münasibətləri inkişaf etdirməlidir.

Məlumat üçün bildirək ki, Kirill Qaburiç bundan öncə Moldovada mobil rabitə şirkətlərindən birinin — Moldcellin baş direktoru vəzifəsinifff tutub.

2012-c ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.

technimum.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər