16 C
Baku
Saturday, April 20, 2024

Sağlam yuxu – uğura aparan əsas yol

Yuxu ilk baxışdan sadəcə həyatımızdan oğurlanan boşa zaman israfı kimi görünə bilər.

Lakin bunun  əksinə olaraq yuxu insana həyatını qorumaq üçün hava və su kimi lazımdır. Belə ki, hər gün yuxu zamanı orqanizmin funksiyaları yenidən bərpa edilir və növbəti gün üçün enerji yığılır.

Bundan əlavə, yuxu gün ərzində əldə edilən informasiyanı təhlil edən bir növ “ələk”dir. Bu zaman lazımi informasiya yaddaşa yazılır, gərəksiz məlumat isə beyindən silinir.

Müdrik çinlilər isə əbəs yerə, yuxu zamanı bütün çətinliklərin öhdəsindən gəlməyi iddia etmirlər.

Son xəbərlər
Digər xəbərlər