21 C
Baku
Thursday, April 25, 2024

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında vəzifə dəyişiklikliyi baş verdi

Məlumat üçün bildirik ki, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında bəzi sturuktur dəyişiklikləri edilib. Belə ki, konfederasiyanın Baş katibi Məhəmmədəli Əmir oğlu Əfəndiyevin başqa işə keçməsi ilə əlaqədar, Natəvan Adil qızı Məmmədova konfederasiyanın Baş katibi vəzifəsinə yeni təyin olunub. ASK-nın yeni Baş katibi haqqında məlumatı Sizə göndəririk.

Natəvan Adil qızı Məmmədova 1974-cü ildə Agdaş rayonunda anadan olmuşdur.
1990-cu ildə Bakı şəhəri 42-li məktəbi bitirmişdir. 1995-cü ildə Azərbaycan Respublikası Dövlət Dillər Universitetinin İngilis dili fakültəsindən məzun olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə, 2012-ci ildə isə Jorj Vaşinqton Universitetində layihə İdarəetməsi üzrə magist dərəcəsinə yiyələnmişdir. 2000 – 2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində ingilis dili müəllimi işləmişdir.

2003-2007-ci illərdə Azərbaycan respublikası Maliyyə Nazirliyində Kollegiyanın katibi və Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris mərkəzində baş müəllim vəzifələrində çalışmışdır.

2007-2010-cu illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində, Yoxsulluğun Azaldılması və İqtisadi İdarəetmə sektorunda tədqiqatçı analitik vəzifəsində çalışmışdır.
2010- cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İnkişaf Departamentinin Resurslar və xüsusi layihələri şobəsinin rəisi, 2012-ci ildə isə sözügedən departamentin direktoru müavini vəzifəsinə təyin edilmişdir.

N.Məmmədova Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər