12 C
Baku
Thursday, March 28, 2024

Sahibkarlara verilən kreditlərin həcmi açıqlandı

“2014-cü ilin ötən dövrü ərzində 2676 sahibkara 129,6 milyon manat güzəştli kredit verilib”. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

O qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

“Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

lent.az

Son xəbərlər
Digər xəbərlər