16 C
Baku
Saturday, April 27, 2024

Sahibkarlıq fəaliyyətinin inkişafında ödəniş xidmətləri bazarının mövqeyi

Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, habelə sahibkarların işgüzar əlaqələrinin təkmilləşdirilməsi istiqmətində davamlı islahatlar aparılır.

Aparılan bu islahatlar çərçivəsində ödəniş xidmətləri bazarının mühüm təsiredici faktor kimi ayrılıqda təhlil olunması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ödəniş xidmətləri bazarında iştirak tələblərinin, ödəniş xidmətlərinin klassifikasiyasının, tərəflərin hüquq və vəzifələrinin, həmçinin nəzarət siyasətinin aspektlərinin dəqiq müəyyən edilməsi üzrə beynəlxalq təcrübə əsasında yeni hüquqi çərçivənin formalaşdırılması nağdsız hesablaşmalar və pul köçürmələri üzrə fokuşlaşan yeni iqtisadi subyektlərin yaranmasını təşviq edəcəkdir.Photo

Son on illiklər ərzində beynəlxalq təcrübədə Malayziya, Sinqapur, Filippin, Şir-Lanka, Avropa Birliyi daxilində, Müstəqil Dövlətlər Birliyi məkanında Rusiya Federasiyası, Gürgüstan, Qazaxıstan və bir sıra digər ölkələrdə ödəniş xidmətləri bazarında aparılan islahatlar yeni iqtisadi subyektlər olan ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının, valyuta mübadiləsi sahəsində ixtisaslaşan qurumların yaranmasını təmin etmişdir.

Bu islahatlar maliyyə xidmətlərinə çıxış imkanlarının məhdud olduğu ölkələrdə ödəniş xidmətlərinin daha təhlükəsiz və effektiv formada həyata keçirilməsini təmin edən yeni təşkiatların  yaranmasına, həmçinin mövcud iqtisadi subyektlərin (məsələn mobil rabitə operatorları) bu bazara aktiv iştirakçı olaraq daxil olmasına səbəb olmuşdur. Kenyada “M-Pesa”, Pakistanda “Easypasia”, Hindistanda “Vodafone”, Banqladeşdə “bKash” kimi təşkilatların fəaliyyəti ödəniş xidmətləri bazarında yeni subyektlərin yaranmasının bariz nümunəsidir.

Qeyd olunan ölkələrdə  aparılan yenidənqurma işlərinin əsasını ümumi qayda və standartların müəyyən edilməsi, bazar iştirakçılarına münasibətdə vahid tənzimləmə və nəzarət prinsiplərinin formalaşdırılması təşkil edir.

Son on il ərzində beynəlxalq aləmdə inkişaf tedensiyalarının təhlilinə, habelə qabaqcıl ölkələrin təcrübəsinə əsasən qeyd olunmalıdır ki, ölkədə sahibkarlıq fəaliyyətinin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında nağdsız hesablaşmaların rolunun daha da yüksəlməsi məqsədilə ödəniş kartlarının və elektron pulun emissiyasının, pul köçürmələrinin, bank hesabları üzərindən müxtəlif ödəniş alətləri ilə əməliyyatların aparılmasının daxil olduğu ödəniş xidmətləri üzrə vahid qanunvericilik bazasının formalaşdırılması zəruridir.

Bu birbaşa olaraq ödəniş xidmətləri bazarında yeni iştirakçıların yaranmasını və ödəniş agenti qismində təsərrüfat subyektləri tərəfindən bir sıra ödəniş xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Ödəniş xidmətləri bazarının fəaliyyətini tənzimləyəcək bu qanunvericilik bazası elektron ödənişlərin inkişafında yeni səhifə açmaqla bu sahəni iqtisadi subyektlər üçün daha cəlbedici edəcəkdir. Bu əsasda ödəniş alətlərindən olan elektron pulun emissiyası və istifadəsinin hüquqi bazasının yaradılması iqtisadiyyatda aparılan nağsız hesablaşmaların əhatə dairəsini genişləndirməklə elektron ticarətin inkişafına da mühüm təsir göstərəcəkdir.

Hazırda ölkədə fəaliyyət göstərən “Goldenpay”, “Modenis”, “Komtec” və bu kimi digər təşkilatların fəaliyyətinin daha effektiv tənzimlənməsi, bu iştirakçılar tərəfindən təqdim edilən ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi də qeyd olunan qanunvericilik bazasının formalaşdırılmasını tələb edir. Belə ki, bir sıra hallarda lisenziya və ya icazənin olmaması səbəbindən bu təşkilatların təqdim etdikləri xidmətlərin əhatə dairəsi kommunal, rabitə, bank kreditləri və digər ödənişlərlə məhdudlaşır. Bu isə mövcud bazar iştirakçıları tərəfindən göstərilən xidmətlərinin növünü məhdudlaşdırır.

Formalaşdırılacaq yeni qanunvericilik bazası elektron ödənişlər sahəsində sahibkarlıq subyektlərinin yaranmasına təkan verməklə yanaşı, bank sistemində əlavə likvid vəsait ehtiyatının yaranmasını, nağdsız hesablaşmalarda innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqinin dərinləşməsini də təmin edəcəkdir.

 

Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin böyük mütəxəsisisi

Tamerlan Rüstəmov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər