18 C
Baku
Thursday, April 25, 2024

Sahil Babayev: “Bəzən ixrac məhsullarının tam qeydiyyatı aparılmır”

“Aparılan iqtisadi islahatların nəticəsidir ki, Azərbaycanın regionlarına artıq 1,7 mlrd. manat yatırılıb”. Bunu bu gün Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, bu investisiya layihələrinin 80-ə yaxını artıq icra edilib: “Bu investisiyalar nizamnamə kapitalı şəklində yatırılıb və həmin vəsaitlərin 30-35%-i sahibkarın öz vəsaiti, qalanı isə borclanma hesabınadır. Kredit faizləri aşağı düşdükcə bu borclanma məsələləri də öz qaydasına düşəcək”.

Nazir müavini əlavə edib ki, bəzən ixrac edilən məhsulların qeydiyyatı tam aparılmır: “Bu ilin ilk 8 ayında ixrac 30% artıb. Bu rəqəm çox əhəmiyyətlidir. Bəzən ixrac edilən məhsulların tam qeydiyyatı aparılmır. Əgər tam qeydiyyat aparılsa, bu rəqəm daha çox olar”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər