Sahil Babayev Mingəçevirə gedir – 2 şəhərin və 4 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 18-də Mingəçevir şəhərində bu şəhərin və Naftalan şəhərinin, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, Nazirliyin Ümumi şöbəsinə (012 596 44 07) və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir (024 275 34 36), Naftalan (022 352 30 55) şəhəri və Yevlax (022 336 02 76), Ağdaş (020 235 50 28), Goranboy (022 245 12 59) rayonları üzrə şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.