24 C
Baku
Thursday, April 18, 2024

Şahin Mustafayev Rusiyanın “təkrar ixrac”a dair iddialarını yalanladı

2014-2016-cı illərdə təkcə örtülü qruntda pomidor istehsalı üçün sahələr 1,6 dəfə artırılıb. Cari ilin 6 ayı ərzində örtülü qruntda pomidor istehsalının həcmi 261,7 min ton olub. 2016-cı ildə pomidor istehsalının ümumi həcmi 502,7 min ton təşkil edib.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev AzərTac-a müsahibəsinə deyib.

“Türkiyə pomidorunun Rusiyaya qeyri-qanuni şəkildə təkrar ixrac edilməsi barədə deyilənlərə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının da qoşulduğu 2009-cu il 20 noyabr tarixli “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları”na uyğun olaraq malın mənşəyi haqqında ST-1 formalı sertifikatların verilməsi istehsalçının ərazisində həmin kənd təsərrüfatı işlərinin aparılması üçün torpaqların, istixanaların və ya icarəyə götürülmüş sahələrin olmasının səlahiyyətli orqan tərəfindən ekspertizası əsasında həyata keçirilir. Təqdim edilmiş sənədlər əsasında malın partiyaları, həmçinin onun qablaşdırılması və markalanması yoxlanılır”.

Nazir bildirib ki, məhz istehsalın həcminin artması nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə pomidor idxalına hər kiloqram üçün 0,4 ABŞ dolları məbləğində xüsusi rüsum tətbiq edilib. Nəticədə bu ilin 9 ayı ərzində Türkiyədən pomidor idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 81 faiz, dəyər ifadəsində 76 faiz azalıb. Bu ilin may ayından etibarən ümumiyyətlə Türkiyədən pomidor gətirilməyib.

“Həmin rüsum tətbiq ediləndən sonra idxal edilən pomidorun bir kiloqramının orta qiyməti 1,15 ABŞ dolları, Rusiyaya ixrac edilən pomidorun bir kiloqramının orta qiyməti isə 0,97 dollar olub. Bu, Türkiyə pomidorunun Rusiyaya təkrar ixrac edilməsinin səmərəli olmamasına dəlalət edir. Üçüncüsü, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın Türkiyə ilə ortaq sərhədi yoxdur. Ermənistanın işğalçı siyasəti nəticəsində Naxçıvanın blokada vəziyyətində olması faktını nəzərə alsaq, hər hansı yüklərin daşınması praktiki baxımdan mümkün görünmür. Beləliklə, bu cür iddialar əsla həqiqətəuyğun deyil”.

Son xəbərlər
Digər xəbərlər