23 C
Baku
Friday, April 19, 2024

“Sakkara quşu”-nun açılmamış sirri

“Sakkara quşu” – 1898-ci ildə Misirdə Sakkara piramidası yaxınlığında Padimen-in məzarı ətrafında aparılan qazıntılar gedişində tapılmış tarixi nümunədir. Kiçik quş formasında olan bu tarixi tapıntı çoxsaylı “qızğın” müzakirələrə səbəb olmuşdu.

Məsələ ondadır ki, bu kiçik fiqur taxtadan hazırlanıb və alimlərin qiymətləndirilməsinə əsasən 2200 yaşı vardır. Tapıntı formasına görə quşu xatırlatmasına baxmayaraq, daha çox müasir təyyarələrin aerodinamik konturları ilə üst-üstə düşür. Bununla yanaşı, tapıntının üzərindəki heroqliflər “Amonun hədiyyəsi” mənasını verir. “Sakkara quşu”-nun yanında tapılmış 3 papirusda isə “Mən uçmaq istəyirəm” ifadəsinə rast gəlinib.

Bütün bu detallar 1898-ci ildə tapıntını aşkar edən alim Kalil Messia-nın qədim misirlilərin nə vaxtsa belə bir uçan cihaz gördüklərini və onun əsasında bu fiquru yaratdıqlarını düşünməyə vadar etmişdir. O bildirmişdir ki, Sakkara quşu aerodinamik keyfiyyətlərə sahibdir və fiqurda çatışmayan yeganə detal stabilizatorlarla birgə quyruq hissəsidir. Bunlarla ola bilsin ki, o uça bilərdi. Messia öz nəzəriyyəsini sübut etmək üçün taxtadan model yaradır, ona çatışmayan detalı əlavə edir və o həqiqətən də uçur.

Bununla yanaşı, 2006-cı ildə aviasiya və aerodinamika sahəsində mütəxəssis olan Saymon Sanders “Sakkara quşu”-nu aerodinamik tuneldə sınaqdan keçirmişdir, lakin quyruq hissəsi olmadan. Araşdırmalar sübut edir ki, “quş” havaya öz çəkisindən 4 dəfə artıq yük qaldıra bilər.

Son xəbərlər
Digər xəbərlər