14 C
Baku
Thursday, April 25, 2024

“Samsung Electronics”in rüblük gəlirləri 13,4 faiz artıb

Bu ilin birinci rübündə Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin əməliyyat gəlirləri 6,68 trilyon von və ya 5,8 milyard dollar təşkil edib. 

Runews24 -nin verdiyi məlumatına görə, bu barədə korporasiya tərəfindən dərc olunan maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, korporasiyanın xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 13,4 faiz artaraq 4,6 milyard dollar təşkil edir. Şirkətin satışları bu dövr ərzində illik nisbətdə 5,6 faiz artaraq 43.4 milyard dollar olub.

“Samsung” istehsalı olan smartfonların satışı birinci rüb ərzində 3,4 milyard dollar olub ki, verilmiş ilkin proqnozu 0,4 milyard dollar üstələyib.

Lent.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər