15 C
Baku
Friday, March 29, 2024

Samsung qarət edildi

Samsung şirkətinin Braziliyanın Kampinas şəhərində yerləşən fabriki qarət edilib. Reuters agentliyinin verdiyi məlumata görə, qarətçilər Cənubi Koreya şirkətinin avadanlıqlarını oğurlamışlar və şirkətə dəyən zərərin məbləği 36 milyon dollar dəyərində qiymətləndirilir.

Baş vermiş hadisə Braziliya üçün nadir hal deyil. Burada qarətlər mütəmadi olaraq baş verir. Lakin Cənubi Koreya şirkətinin elektrik avadanlıqları istehsal edən fabrikinin belə cəsarətli şəkildə qarət edilməsi bir çoxlarını heyrətləndirdi. Bir qrup silahlı şəxs bir neçə saat ərzində fabrikdən planşet, smartfon və noutbuklar aparmışlar. Reuters agentliyinin qiymətləndirməsinə əsasən, 40 000 dən çox cihaz oğurlanmışdır.

Yerli mətbuat orqanlarının verdiyi məlumata görə isə, insident zamanı xoşbəxtlikdən fabrikin 200-dən çox işçisindən 1-i belə xəsarət almamışdır.

Son xəbərlər
Digər xəbərlər