22 C
Baku
Thursday, April 25, 2024

Samsung rəhbəri həbs edildi

Banker.az saytı Yonhap agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya məhkəməsi vitse prezident və Samsung şirkətinin faktiki rəhbəri Li Çje Eni həbs edib. Agentliyin verdiyi məlumata görə, məhkəmə şirkətin prezidenti Pak Samdjinin həbs edilməsi ilə bağlı tələbi təmin etməyib.

İstintaqın versiyasına görə, Samsung şirkəti Cənubi Koreya prezidentinin rəfiqəsinin nəzarətində olan fonda qanunsuz olaraq 22 milyard von (18 milyon dollar) köçürüb. Ödənişlər barədə qərarların şəxsən Li Çje En tərəfindən verildiyi bildirilir.

Prokurorluq ilk dəfə 16 yanvarda Li Çje Enin həbs olunmasını tələb etmişdi, lakin məhkəmə “həbsin mütləq olmadığı” qənaətinə gələrək tələbi təxirə salmışdı.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər