19 C
Baku
Thursday, April 25, 2024

Samsung rəhbərliyi öz vəzifələrindən istefa verib

28 fevral tarixində şirkətin 4 top-menecerindən 3-ü öz vəzifəsini tərk edib.

Banker.az saytının verdiyi məlumata görə, Cənubi Koreyada korrupsiya skandalı fonunda 28 fevral Samsung şirkətinin top menecerləri tutduqları vəzifədən istefa verib. Qeyd edək ki, ölkədə yaşanan bu rüşvət qalmaqalına görə Cənubi Koreya prezidenti də istefaya göndərilmişdi.

Cənubi Koreya prokurorluğu çərşənbə axşamı elan etdi ki, şirkətin vitse prezidenti və faktiki rəhbəri Li Çje Yon və daha bir neçə top menecerlərinə qarşı rüşvət və israfla bağlı ittiham irəli sürüləcək. Bu məlumat elan edildikdən dərhal sonra şirkətin 5 top menecerindən 4-ü istefa verib.

Li Çje Yon korrupsiyada ittiham edilərək fevral ayının ortalarında həbs edildi. Onun atası Li Gon Xi infarkt keçirdikdən sonra Li Çje Yon şirkətin faktiki rəhbəri hesab edilir. Və onun həbsdə olmasına baxmayaraq, o hələ öz vəzifəsində qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər