27 C
Baku
Wednesday, April 24, 2024

Sankt-Peterburqda terror aktında azərbaycanlı qız ölüb – FOTO

Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.

Life.ru xəbər verir ki, 21 yaşlı Dilbarə Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Məlumat yoxlanılır.

Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər