15 C
Baku
Friday, March 29, 2024

“Santander consumer Bank”ın uğura gedən yolu

Santander bankın tarixi 1857-ci il, 15 mayda kraliça II İzabellanın bank yaradılması haqqında fərmanı ilə başlamışdır. İlk yarandığı vaxtdan bu bank xarici əlaqələr üçün düşünülmüşdü və Santander limanının şimalda İspaniya və Latın Amerikası ilə ticarəti üçün nəzərdə tutulurdu.

1900-1919-cu illər arasında bank Santander balansını iki dəfəyə qədər artıraraq, öz kapitalını 10 milyon pesetaya qədər yüksəltmişdir. Həmçinin bankın illik gəlirləri artaraq 1917-ci ildə yarım milyon pesetaya çatmışdır. Bundan başqa, bankın gəlirləri bütün İspan maliyyə qurumlarının orta göstəricilərini ötüb keçmişdi. Bu dövrdə İspaniyada daha sonralar Santander bankı ilə birləşən bir neçə banklar yaranmışdı. Bunlar Banco Hispanoamericano (1900-cü il), Espanol de Credito (1902-ci il) və Central (1919-cu il) bankları idi. 1920-ci ilin fevralında Emilio Botin Lopes bank Santanderin ilk daimi prezidenti seçilmişdir.

1919-1939-cu illər bank Santander üçün son dərəcə vacib bir dövr idi. 1923-cü ildə bankın baş ofisi Paseo de Pereda küçəsindəki binaya köçdü. Burada yeni bank Banco de Torrelavega təsis edilərək, əyalət tərkibində və kənar ərazilərdə yeni ofis şəbəkələri yaradıldı. Əyalət tərkibində ilk olaraq 1923-cü ildə El Astillero yaradılmışdı. Əyalətdən kənar ərazilərdə isə 1924-cü ildə Espinosa de los Monteros, Lanestosa və Osornо kimi ofis şəbəkələri yaradılmışdı.

1934-cü ildə Emilio Botin Lopes bankın icraçı direktoru vəzifəsinə təyin edilmişdir. 1950-ci ildə o bankın prezidenti oldu və İspaniyanın bütün ərazilərində ofisləri genişmiqyaslı inkişaf etdirməyə başladı. Bu inkişaf planları 1960-cı illərdə yerli bankların bir çoxunun əldə edilməsi ilə nəticələndi.

1942-ci ildə kiçik həcmli Banco de Avila bankı Santander tərəfindən alındı və bu bir zamanlar ölkənin maliyyə paytaxtı olan Madridə bir dayaq oldu.

1946-cı ildə isə bankın Santander şəhərində olan əzəli rəqibi Mercantil bankı əldə edildi.

Bank 1947-ci ildə Amerikada, Havaya şəhərində özünün ilk regional ofisini açdı. Bunun ardınca Argentina, Meksika, Venesuela və həmçinin Londonda da ofislər yaradıldı. 1956-cı ildə isə bankın Latın Amerikan filialı yaradılmışdı.

1957-ci ildə bank Santander öz yüz illik yubileyini qeyd etdiyi zaman o İspaniyada yeddinci ən böyük maliyyə qurumu idi. 1960-cı ildə bankın direktorlar şurasına Emilio Botin Sanz de Sautuola y Garcia de los Rios daxil oldu. Bu dövrdə Santander bankın Latın Amerikasında olan “törəmə”si – Banco del Hogar Argentino əldə edilmişdir. 1965-ci ildə Banco Intercontinental Espanol (Bankinter) – in əsası qoyuldu.

1967-ci ildə Emilio Botin Sanz de Sautuola y Garcia de los Rios bankın icraçı direktoru, 1977-ci ildə isə bankın baş icraçı direktoru vəzifəsinə təyin olunmuşdur.

1976-cı ildə Puerto-Rikoda First Nacional Bank, 1982-ci ildə isə Çilidə Banco Espanol-un əldə edilməsi ilə Santander Latın Amerikasında kommersiya bankları arasında aparıcı banka çevrildi.

1985-ci ildə İspaniyada investisiya-bank və korporativ bankçılıq üzrə ixtisaslaşan Banco Santander de Negocios-un əsası qoyuldu.

1986-cı ildə Emilio Botin Sanz de Sautuola y Garcia de los Rios 36 illik fəaliyyətdən sonra təqaüdə çıxan atasını əvəz etdi. O zamanlar o vitse-prezident və baş icraçı direktor vəzifələrini icra edirdi, lakin hazırda o bankın prezidenti vəzifəsindədir. Yeni vəzifədə olarkən ilk iki ili o modernizasiya üçün ilkin şərtlərin yaradılması və bankın inkişafı ilə məşğul oldu.

1980-ci ildə Santander Almaniyada bank of America-dan SS-Bank-ı almaqla Avropada öz fəaliyyətini genişləndirdi. Bu bank avtomobil kredit bazarında 30 ilə yaxın təcrübəyə malik idi. Həmçinin 1988-ci ildə Portuqaliya Banco de Comercio e Industria bankından hissə payı əldə edilmiş və Royal Bank of Scotland ilə müqavilə bağlanmışdır.

1989-cu ildə əhaliyə yeni “Supercuenta Santander” əmanət hesabı təklif olundu. Bu İspaniya bank tarixində ən innovativ təklif idi. Bu yenilik hazırkı vəziyyəti dəyişdi və İspan maliyyə sistemini rəqabətə hazır vəziyyətə gətirdi.

1994-cü ildə bank Santanderin tarixində ən əhəmiyyətli hadisələrdən biri baş verdi. Belə ki, Banco Espaсol de Credito (Banesto) əldə edildi. Bunun sayəsində Santander İspaniyada ən öndə gedən banklardan birinə çevrildi.

1995-ci ildə bankın Latın Amerikasında genişlənməsinin ikinci mərhələsi başlandı. Belə ki, Argentina, Braziliya, Kolumbiya, Meksika, Peru və Venesuelada bankın fəaliyyəti genişləndirildi. Eyni zamanda, Çili, Puerto-Riko və Uruqvayda artıq əldə edilmiş şirkətlərdə işlərin yeni mərhələsinə başlanıldı.

1999-cu il yanvar ayında Santander və VSN avro tətbiq olunmağa başladıqdan sonra Avropada əsas fəaliyyət göstərən bank birləşmələri idilər. Bu tarixi bankın İspaniyanın ən böyük maliyyə institutlarından birinə çevrilməsi və Latın Amerika bazarlarında liderə çevrilməsi tarixi də hesab etmək olar. Daha sonra bank Portuqaliyada Totta y Azores və Credito Predial Portugues maliyyə qruplarını əldə etmişdir.

2000-ci ildə bu maliyyə qruplarına Braziliyada Banespa bankı, Meksikada Grupo Serfin və Çilidə Banco Santiago da daxil idi. Nəticədə bu maliyyə qrupu Latın Amerikasında böyük maliyyə şəbəkəsinə sahib oldu.

2003-cü ildə alman SS-Bank, italyan Finconsumo, ispan Hispamer və digər qrup şirkətlərlə birləşərək Santander Consumer yarımşöbəsi yaradıldı. Hazırki dövrdə istehlakçı maliyyə üzrə ixtisaslaşan yeni yarımşöbə Avropanın 12 ölkəsində (İspaniya, Böyük Britaniya, Portuqaliya, İtaliya, Almaniya, Niderland, Polşa, Çexiya, Avstriya, Macarıstan, Norveç və İsveç) təmsil olunur. Şirkət ABŞ-da Drive Finance şirkəti vasitəsilə fəaliyyət göstərir və bu yaxınlarda Çilidə ilk latın amerikan şöbəsi açmaq barəsində saziş imzalanıb.

2004-cü ilin aprelində mərkəzi Madrid şöbəsi “Santander şəhəri”ndəki yeni baş-qərargaha köçdü. Bu qərargahda hal-hazırda 6800 insan çalışır. Həmin ilin noyabrında daha bir əhəmiyyətli hadisə baş verdi. Bu əhəmiyyətli hadisə Böyük Britaniyanın həcminə görə ən böyük altıncı bankı olan “Abbey”in əldə edilməsi idi.

2005-ci ildə Santander Sovereign Bancorp bankının səhmlərinin 19,8%-nə sahib olmaq haqqında müqavilə imzalayıb. Bu bank ABŞ bankları sırasında 18-ci yeri tutur.

2006-cı ildə Santander rekord məbləğdə, yəni 7,596 milyard avro dəyərində gəlir əldə etdi. Bunun nəticəsində o İspan şirkətləri sırasında birinci yeri tutdu. Bu da ona pərakəndə xidmət sahələrinə investisiya qoymaq imkanları qazandırdı və xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb oldu. İspaniyada “Sənin bankın olmaq istəyirik” (Queremos ser tu banco) layihəsi, Portuqaliya, Amerika və Abbey bankında keçirilən digər korporativ aksiyalar məhz bu amilə xidmət edirdi.

2007-ci ildə bank Santander öz 150 illik yubileyini keçirdi. Bu yubileyi Santander bazar kapitalizasiyasına görə dünyada 12-ci yeri, Qərb dünyasında gəlirlərinin həcminə və ən böyük pərakəndə satışa görə 12-ci yeri tutan bir şirkət kimi keçirdi. Bu şirkətin hazırda 10852 ofisi fəaliyyət göstərməkdədir.

Son xəbərlər
Digər xəbərlər