14 C
Baku
Thursday, March 28, 2024

“Santral Elektrik” dörd vəzifə üzrə vakansiya elan edir

Vakansiya 1: Satış üzrə menecer
İş barədə məlumat: 
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının  əsaslandırılmış formada cavablandırılması.
  • Məhsul seçimində müştərilərə yardım edilməsi,  lazımı məsləhətlərin verılməsi, kataloqlarla seçim etməyə  yardımçı olmaq
  • Müştəri portfeyinin yaradılması və satış bazarında olan  rəqiblər, öz sahəsinə aid olan və onların təklif etdiyi əmtəə və malların araşdırılması.
  • Satış heyəti tərəfindən yazılmış stock sifarişlərinin hər bir mərhələdə izlənilməsi  və bu sifarişlər haqqında dəqiq məlumata sahib olmaq.
Namizədə tələblər:
  • Yaş həddi  25-40
  • Dil bilikləri- Azərbaycan, Rus dili  əla səviyyədə,
  • İş təcrübəsi  3-5 il (Elektrik avadanlıqlarının  satışında iş təcrübəsinin olması vacibdir)
  • Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.

Vakansiya 2: Tikinti  Layihə mühəndisi
İş barədə məlumat:
  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını, iş qrafiklərini və tikinti – quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
  • Obyektlərin inşası üçün texniki səmədləşmənin əldə edilməsində iştirak edilməsi.
Namizədə tələblər:
  • Ali təhsil (Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsili )
  • İngilis dili və rus dili səviyyəsi normal
  • Kompyuter bilgiləri AutoCad, MS Office programları
  • Tikinti mühafizəsi və ya layihə işləri üzrə mühəndis vəzifəsində ən azı 3-5 il iş təcrübəsi
  • Səliqəli, intizamlı  və kollektivlə işləmək qabiliyyətinə malik olmalı.

Əmək haqqı kandidata uygun dəyişir.


Vakansiya 3: Elektrik sahə mühəndisi
İş barədə məlumat:
  • Kabel kanallarının verilən cizgilərə və standartlara görə quraşdırılması
  • Kabellərin kabel jurnalına görə seçilib verilən cizgilərə və standartlara görə çəkilməsi
  • Elektrik panellərinin quraşdırılması
  • Kabellərin elektrik panellərindəki bağlantıları
  • İşıqlandırma avadanlıqları, elektrik açar və yuvalarının quraşdırılması
Namizədə tələblər:
  • Ali təhsil
  • İngilis dili səviyyəsi normal
  • Kompyuter bilgiləri AutoCad, MS Office programları
  • Elektrik mühəndisi ixtisaslı ən azı 3 il sahə mühəndisliyi təcrübəsi,
  • Elektrik kabel ve kabel kanallarının quraşdırılması, kabel jurnallarının oxunması və müvafiq olaraq icrası.
  • Elektrik cizgilərinin oxunması qabiliyyəti.
  • SƏTƏM bilgiləri, kollektivlə işləmək qabiliyyəti son dərəcə məsuliyyətli.

 


Vakansiya 4: Vakansiya Iş icraçısı 

 

İş barədə məlumat:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini,
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunması nəzarət etmək
  • Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir.
  • Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir.
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir.
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir.
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir.
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.

Namizədə tələblər:

  • Ali təhsil
  • Rus və ingilis dili biliyi-əla səviyyədə
  • 3-5 il iş təcrübəsi

Əmək haqqı kandidata uygun dəyişir.
Maraqlananlar cv-lərini  [email protected]  ünvanına göndərə bilərlər.
Son xəbərlər
Digər xəbərlər