15 C
Baku
Wednesday, April 24, 2024

“Şapka” , “Şirinlik” yoxsa “Komissiya haqqı”

İlk öncə sizə səhifəmizin izləyicilərindən birinin şikayətini çatdırmaq istərdik.

“Mənim sizə bir sualım var. Bu yaxınlarda bir bankdan 1000 AZN kredit götürdüm. Ancaq onlar bu krediti mənə tam olaraq deyil, 50AZN-ni çıxıb verdilər. Soruşanda isə xidmət haqqı kimi aydınlıq gətirməyə çalışdılar, amma tam olaraq anlamış deyiləm. Bank öz işçilərinin göstərdiyi xidmətlərə görə məvacibi öz öhdəliyinə götürməli deyilmi? Bu haqda öz şikayətimi hara və hansı əsasla verə bilərəm? Bir də komisyon haqqı deyiləndə nə nəzərdə tutulur? Bu haqda məlumat verməyinizi xahiş edirəm”.

Əslində burda şikayət ediləsi elə bir nüans yoxdur, bir tərəfin məlumatsızlığı digər, tərəfin isə səhlənkarlığı müştəri məmnunsuzluğu ilə nəticələnir, son nəticədə müştəri başa düşmür ki, 1000 AZN istədiyi halda nəyə görə 950 AZN alır. Amma bu prosedur qaydaları ona əvvəlcədən izah edilsəydi və o sonda hansı məbləğ alacağını bilsəydi, yəqin belə bir narazılıq yaşanmazdı. Bəlkə də o, ümumiyyətlə bu krediti götürməzdi.

Lakin burda diqqəti yönəltmək istədiyim digər məqam odur ki, əslində biz onsuz da kreditlərə görə yüksək faiz ödəyirik, bu rəqəm 20-30% olur, faizlərin yüksək olduğu halda belə böyük rəqəmli komisyon haqları müştərilərin banka münasibətinə daha bir zərbə vurur.

Son zamanlar əksər insanlar banklara müraciət edərkən bir sıra xərcləri onların nəzərlərinə çatdıranda düşünürlər ki, kobud dildə desək bu, “şapkadır” ya da ki, bank işçisinə çatası şirinlikdir. Ancaq bunlar əsla belə deyil, bunu anlatmaq üçün də əsas yük kredit mütəxəssisinin üstünə düşür. Əgər o öz vəzifəsini layiqincə təmsil etsə, müştəridən çıxan yeganə pul komissiya haqqı olacaq və müştəri dəqiq əmin olacaq ki, bu pulu nədən ötrü verib, yəni pul heç də işçinin cibinə getmir. Yox əgər burda kredit işçisinin maddi maraqları üstün gəlsə, onda o zaman müştəri komissiyada ödəməli olacaq və əlavə olaraq kreditə görə şirinlik yəni “şapka” da.

Müştəri banka gəlir və bildirir ki, 5000 AZN kredit götürmək istəyir, lazımı proseduraları və kredit xərclərini ona izah edəndən sonra bildirir ki, “hər şeyi başa düşdük, bəs şapka nə qədər olacaq”. Ona izah etmək lazım gəlir ki, tutulan komisyon haqqı “şapka deyil”, sadəcə bankım həmin müştəriyə göstərdiyi xidmətə görə və keçirilən əməliyyatlara görə əlavə ödənilən haqdır.

Bu yaxınlarda tanışlarımdan biri qeyd edir ki, bankdan 4000 AZN kredit götürüblər, 18 ay müddətinə və onlara 3700 AZN veriblər, 300 manat çıxıblar. Amma onlar 4000-ə görə faiz ödəyəcəklər. Həmin insanı inandırmağa çalışdım ki, “ödədiyi heç də “şapka” deyil, real olaraq bazarda belə yüksək komisyon haqları vardır” amma o bildirdi ki, bizə 300 manatlıq ödənişə görə çek verilməyib. .

Hansı halda 300 manat komisyon ola bilər?

Komisyon haqqının 300 manat olması üçün, gərəkdir ki, müqavilədə göstərilən komisyon faizi 7,5% olsun (qeyd edək ki, bazarda bu rəqəm 1-dən 7-8%-ə qədər ola bilər). Lakin bu ödəniş rəsmi şəkildə öz təsdiqini tapmalıdır. Sadəcə komisyon haqqının bu qədər olması əslində kreditin müştəriyə daha baha başa gəlməsidir. Müştəriyə 4000 manat lazım olduğu halda onun daha az pul alması da planları poza bilər. Amma bu rəqəm komisyon haqqı kimi rəsmiləşibsə, 300 AZN tam qanunidir və siz müqavilədə onu ödəməyə öhdəçilik götürürsünüz. Normalda banklarda 4000 AZN-ə görə 4-5% komisyon haqqı tutulur. (təxminən 160-200 AZN).

Bəzən olur ki, müştəri mütəxəssis bildirir ki, mən krediti 2 il deyil, bir il müddətinə götürmək istəyirəm -əslində bu məntiqidir, müddət artdıqca ödədiyiniz faizlər çoxalır və kredit bahalaşır. Mütəxəssis isə bildirir ki, “bunun sizə bir ziyanı olmayacaq, hər iki ayın ödənişini edib, krediti 1 ilə bağlaya bilərsiniz. Onda faizlərdən itirməyəcəksiniz”.
Qeyd edək ki, bu tip ödəniş etdikdə, yəni iki ayın ödənişini eyni anda etdikdə, ikinci aya görə faiz ödəmirsən. yəni bu yolla faizlərdə irəli düşmək mümkün olar. Bəzi banklarda kreditin müddətindən asılı olaraq da illik xidmət haqqı ola bilər, yəni hər il üçün əlavə 0,5 və ya 1% komisyon haqqı əlavə edilə bilər.
.
Ümumiyyətlə tanışlarım arasında komisyon haqqının qanuniləşdirilmiş “şapka” adlandırırlar, yəni bank aldığı “şapkaya” görə sənə çek də verir” –fikrini irəli sürürlər. Zənnimcə bu məbləğlərin çox böyük olması ilə bağlıdır. Yəni faizlər 1-7% arasında deyil, onda bir civarlarında dəyişsə idi, 0,1-0,5% yəqin kimi müştərilərdə bu cür yanaşma formalaşmazdı. Komisyon haqları belə yüksək olmasa, müştərilər nəyə görə pul ödədiklərini daha aydın başa düşərdilər, çünki onsuz da onlar kreditə görə faiz ödəyir .

Bəzi banklar krediti verməmişdən əvvəl komissiya haqqını tutur və müştəriyə istədiyi məbləği bir dəfəyə verir. Məsələn müştəri 5000 AZN sifariş verib və bunun üçün 4% kreditin təhlili və sənədləşdirilməsi komissiyası və 1% nağdlaşdırma haqqı ödəməlidir. Bank müştəriyə 5% komissiya qəbzi yazır, yəni 250 AZN. Müştəri ödənişi edəndən, sənədləri ,müqavilələri imzaladıqdan sonra məxaric orderi vasitəsi ilə 5000 AZN məbləğini kassadan təhvil alır.

Yaxud bəzi banklarda müştəriyə bildirirlər ki, verilən komissiya haqqı məbləğdən də tutula bilər. Bu da normaldır, ola bilər ki, müştərinin heç komossiya haqqını ödəyə biləcək qədər pulu olmasın. Bu zaman qeyd etdiyimiz 250 AZN müştəriyə veriləcək kreditdən tutulur. Bu halda da müştəriyə 250 AZN komissiya haqqı üçün qəbz verilir və 5000 AZN məbləğində məxaric orderi. Müştəri bu 2 sənədlə kassaya yaxınlaşaraq 4750 AZN götürür .

Lakin bəzən məxaric orderində 5000 yazıldığı yalda müştəriyə 4500 AZN pul verilər. Bundan əlavə müştəri 250 AZN komissiya haqqı ödəyir. Aydındır ki, onun arada itirdiyi 500 AZN loru dildə desək ŞAPKADIR. Əgər verilən pulun məbləği heç bir rəsmi sənəddə öz əksini tapmırsa, bunu “ŞAPKA” adlandırmaq olar.

Sonda ümid edək ki, papağı yalnız öz başınıza və yağışda islanmamaq üçün qoyursunuz. Kredit üçün bir neçə banka müraciət etməkdən ərinməyin, çünki qaydalara əməl edən banklarımız da az deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər