23 C
Baku
Saturday, April 20, 2024

Satınalama üzrə Mütəxəssis – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri Satınalama üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin satınalma siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalma prosesinin həyata keçirilməsinə və davamlı idarə olunmasına məsuliyyət daşıyır;
• Satınalmalar üzrə daha yaxşı təkliflər əldə etmək üçün potensial/mövcud təchizatçılar ilə müntəzəm danışıqların aparılması və bazarın təhlili;
• Təchizatçı şirkətlərin qiymətləri, reytinqi və digər meyarları üzrə mütəmadi qiymətləndirilmələrin aparılması və Təchizatçıların Siyahısının yenilənməsi, o cümlədən yeni təchizat zəncirlərinin inkişafının təşviqinin aparılması;
• Xərclərin təhlili, əlverişsiz vəziyyətlərin müəyyən edilməsi; xərclərin azaldılması üsulları üçün uzunmüddətli qənaət mədəniyyətinin formalaşdırılması;
• Xərcləri azaltmaq və səmərəliliyin artırılması məqsədilə əsas fəaliyyət göstəricilərinə dair izləmə və hesabat verilməsi;
• İllik satınalma planının hazırlanması və vaxtında icrası;
• Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və təqdim olunan hesabların vaxtında ödənilməsinə nəzarət;
• Struktur bölmələri tərəfindən gələn sifarişlərin qeydiyyatının aparılması və həyata keçirilməsi, o cümlədən müvafiq struktur bölmələri ilə birgə müqavilələrin hazırlanması;
• Alış sifarişlərini, müqavilələri, düzəlişlərin hazırlanması, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi və təkliflərin toplanması prosesinin idarə olunması;
• Regionların icarə haqlarının və kommunal xərclərin vaxtında ödənilməsinə nəzarət;
• Şöbənin səmərəliyinin inkişafının təhlili üçün materialların hazırlanması;
• Birbaşa rəhbər və departamentin rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.

Bilik və bacarıqlar:

 İqtisadiyyat sahəsində ali təhsilə üstünlük verilir;
 Satınalma sahəsində 2 il iş təcrübəsi;
 Kompüter bilikləri: MS Office Proqramları;
 Azərbaycan və rus dillərin sərbəst bilmək, ingilis dili bilməsi arzuolunandır;
 Ofis avadanlıqları ilə işləmək bacarığı;
 Ünsiyyət qurma bacarığı;
 Təhlil aparmaq bacarığı;
  İcra etmə bacarığı;
 Komandada işləmək bacarığı;
 Danışıqlar aparmaq bacarığı.

Son müraciət tarixi: 30 aprel, 2018-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər