Satış Performansının Analitikası üzrə Menecer – Nar

Satış Performansının Analitikası üzrə Menecer

Vakansiya haqqında

Departament : Satış

Şöbə : Biznesin Təhlili və İnkişafı

İş qrafiki : Standart

İş müddəti : Daimi

İş yeri : Port Baku Cənub Qülləsi

Son müraciət tarixi : 22.06.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Hesabat bazasının infrastrukturunun təkmilləşdirilməsi və optimallaşdırılmasına dəstək  göstərmək
*Satış göstəricilərinə və şirkətin əsas göstəricilərinə dair hesabat/analizlər aparılmasına nəzarət etmək və təhlil etmək (gündəlik, həftəlik, aylıq, illik)
*Satış performansının təhlili, biznes qərarları dəstəkləyən hesabatlar, icmallar, təqdimatlar və tövsiyə xarakterli sənədlər hazırlamaq
*Satışın proqnozlaşdırma modellərini hazırlamaq və müntəzəm olaraq dəqiqliyini yoxlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*İqtisadiyyat, Maliyyə, İdarəçilik, Tətbiqi Riyaziyyat, Kibernetika və ya Kompüter Elmləri üzrə  Ali təhsil  (MBA  təhsili üstünlük hesab olunur)
*Hesabatlar və Analitika sahəsində 3-4 il iş təcrübəsi
*İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Müştəri yönümlü
*Komanda işi və əməkdaşlıq
*Nəticə yönümlü
*Davamlı təkmilləşmə
*İdarəetmə bacarığı
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Güclü riyazi bilik
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlükdür)
*MS Office  proqramlarını bilmək
*Mükəmməl Excel biliyi (VBA)
*SQL, Python, R proqramlaşdırma dilini bilmək üstünlük hesab olunur

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda ‘‘Satış Performansının Analitikası üzrə Menecer’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

📝 RƏY BİLDİR