15 C
Baku
Friday, March 29, 2024

Satışın inkişaf etdirilməsi və yeni satış kanalları üzrə ekspert – Bakcell

Vakansiya haqqında: Departament Satış

İş qrafiki: Standart

İş yeri: Port Baku Cənub Qülləsi

Son müraciət tarixi:27.02.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Layihələrin idarə olunması sistemini təkmilləşdirmək və araşdırmalar aparmaq
  • Əməliyyat proseslərinin dayanıqlılığını təmin etmək üçün mürəkkəb biznes tələblərini yerinə yetirmək
  • Elektron ödənişlər strategiyasını təkmilləşdirmək
  • Ödənişlərin idarə edilməsi və onlara nəzarət strategiyasını inkişaf etdirmək və həyata keçirmək
  • Avtomatlaşdırılmış ödəmə üsullarından istifadəni təkmilləşdirmək və optimallaşdırmaq
  • Mümkün sahələrdə ödəniş proseslərinin avtomatlaşdırılması üçün müvafiq imkanları müəyyən etmək
  • Təchizatçılara olan ödəniş prosesini təkmilləşdirmək və idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

    • Ali təhsil (Maliyyə və ya Biznesin İdarə edilməsi üzrə təhsil üstünlük hesab olunur)
    • Satış sahəsində 2-3 il iş təcrübəsi (Maliyyə sahəsində təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • Komanda işi və Əməkdaşlıq
  • Ünsiyyət qurma bacarığı
  • Qərar qəbul etmə bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Nəticə yönümlü
  • Davamlı təkmilləşmə
  • Azərbaycan (səlis), Rus (səlis) və İngilis (yaxşı) dillərini bilmək
  • MS Office Proqramlarını bilmək

Müraciət etmək üçün

  • CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Satışın inkişaf etdirilməsi və yeni satış kanalları üzrə ekspert” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son xəbərlər
Digər xəbərlər