12 C
Baku
Thursday, March 28, 2024

Satışların idarə olunması departamentinin kredit şöbəsində Baş Mütəxəssis – AFB Bank

Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində Baş Mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Maliyyə və kredit analizi bilikləri;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;
• Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
• Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər