12 C
Baku
Thursday, March 28, 2024

“Sberbank”ın prezidenti bankın yeni yumoristik reklam çarxında

Rusiyanın “Sberbank”ından qeyri-adi reklam çarxları davam edir.

Bankın bu dəfəki reklam çarxında əsas qəhrəman məşhur simalar deyil, hər nə qədər qəribə səslənsə də “Çaynik”dir. Bəli, səhv eşitmədiniz. Cənab, “Çaynik”.

Yeni reklam çarxı ilə bank göstərmək istəyir ki, depozitlərə investisiya etməyin vaxtı çatıb.

Üç dəqiqədən çox davam edən reklam çarxı intensiv baxış və şərh toplaya bilib. Çarxın süjetində 2020-ci ildən bəhs edilir. Reklamın qəhrəmanı “ağıllı evdə” yaşayır. Burda bütün texnikalar ona tabedir. Buna baxmayaraq “Cənab Çaynik” sahibinin bütün texnikalara qarşı olan rəftarından bezir və ona tabe olmaq istəmir.

“Çaynik” və soyuducu bir neçə gün əvvəl sosisləri kobud sahibkarın əlindən xilas edirlər. “Sberbank”ın müştərisi olmaq üçün onun səhmlərinə investisiya edirlər.

Reklam çarxının sonunda “Cənab Çaynik” etiraf edir ki, bu onun həyatında qəbul etdiyi ən doğru qərar idi.

Çarxda, həmçinin “Sberbank”ın prezidenti Qerman Qrefi (reklam çarxının 1:43-cü dəqiqəsində) də görmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər