15 C
Baku
Friday, March 29, 2024

Scoring nədir və ondan qorxmaq lazımdırmı?

Kredit riski bu və ya digər maliyyə təşkilatının işinin effektivliyini müəyyən dərəcədə təyin edir.

Bəs müştərinin ödəniş qabiliyyətini təyin edərkən bunu tez və vaxt itkisi olmadan necə etmək olar?

Burada bank əəmkdaşlarının köməyinə scoring gəlir.

Kredit scoringi – ədədi statistik metodları əsaslanan müştərinin kredit ödəmə imkanlarını qiymətləndirən sistemdir. Sadə dillə desək, sistem əsas suala cavab verir: potensial borcalana kredit vermək olar ya yox?

Tarix kitablarından bildiyimiz kimi “yaxşı” və “pis” borcalanların ilk qiymətləndirmə metodlarını 1941-ci ildə David Duran sınaqdan keçirmişdir. Bu zaman İkinci dünya müharibəsinin ən qızğın dövrü idi. Kredit analitikləri kütləvi halda cəbhələrə yollanmışdılar və bu səbəbdən də banklar bu mütəxəssislərə təcili sürətdə “əvəz” axtarırdı.

Yeni əməkdaşlara hər şeyi sıfırdan izah etməmək üçün bank rəhbərliyi cəbhəyə yollanan əməkdaşlardan xüsusi alqoritm yaratmağı xahiş edir. Bu alqoritmdən isə kreditin verilməsi zamanı qərar vermək üçün istifadə ediləcəkdi. Şərtlərdən biri isə analizin qeyri-mütəxəssislər tərəfindən aparılması idi.

Lakin bu sistemdən ən fəal şəkildə bank kartlarının geniş yayılması zamanı tətbiq edilir. Banklara müraciət edən kütləvi sayda müştəri qarşısında bankların digər bir çıxış yolu yox idi və onlar qərar vermə prosesini avtomatlaşdırmalı olur.

SAS şirkətinin araşdırmasına əsasən, scoring-sistemlərin tətbiq edilməsindən sonra qaytarılmayan borc səviyyəsi 50%-ə qədər enmişdir.

Hazırda banklar ənənəvi qiymətləndirmə metodlarından “xilas” olmağa çalışırlar. İnsan faktoru əsasında elementar səhvlərə yol verilə bilər.

Son xəbərlər
Digər xəbərlər