8 C
Baku
Tuesday, March 19, 2024

Şerlok Holmsdan 9 maliyyə dərsi

“Şerlok” serialının yeni seriyası maliyyə savadlılığını artırmaq üçün gözəl imkandır. Əfsanəvi detektiv həm sirlərin üstünü ustalıqla açır, həm də pulla düzgün davranır. Cənab Holmsdan doqquz dərsi nəzərinizə çatdırırıq.

1. Şerlok hobbini işə çevirir

Şerlokun ixtisası biokimyaçıdır. Lakin bildiyimiz kimi, o işini şəxsi təcrübəsinə dəyişir və fərdi sahibkar olur. Bundan əlavə, o hobbisinə əsaslanan peşəsini özü kəşf edir. Bu başqalarına işləməkdən daha sərfəli və maraqlı idi. Dünyada ilk detektiv-məsləhətçi olaraq o, biologiya, kimya və anatomiyaya dair biliklərini də tətbiq edə bilirdi.

Dərs: İşiniz sizi qane etmirsə, xoşladığınız şeylərlə pul qazanmağın yolları haqqında düşünün.

2. Şerlok crowdsourcing-dən istifadə edir

“Al-qırmızı tonlarda etüd” romanında Şerlok Holms bir insanı zahiri təsviri ilə tapmaq üçün küçədən altı oğlan uşağını işə cəlb edir. Detektivin axtarışlara çox vaxtı gedəcəkdi, lakin crowdsourcing prosesi sürətləndirməyə kömək etdi. Holms hər oğlana bir şillinq verir.

Dərs: bir tapşırığın öhdəsindən gələ bilmirsinizsə, onun həlli üçün mükafat müqabilində başqa insanları cəlb edin.

3. Şerlok qənaət edir

Bu məsələdə ona Doktor Vatson kömək edir. Onlar xanım Hadsonun Beyker-strit, 221-B ünvanında yerləşən evini birlikdə kirayə götürmüşdülər. Təəccüblü deyil ki, hətta məşhur detektiv belə qənaət etmək məcburiyyətində idi.

Dərs: şəxsi ev almağa imkanınız çatmır və ailəniz yoxdursa, evi otaq yoldaşı ilə birgə kirayə etməklə qənaət edə bilərsiniz.

4. Şerlok ofisdən imtina edir

19-cu əsrdə “Co-working” – birgə iş anlayışı yox idi. Şerlokun ofisi yox idi, o bütün müştərilərini evdə qəbul edirdi. Onun Beyker-stritdəki evinə həmçinin imkanlı müştərilər də gəlirdi. Əlbəttə, detektivin yaşadığı şərait onları təəccübləndirirdi, lakin onlara gözəl ofis deyil, detektivin göstərdiyi əvəzsiz kömək lazım idi.

Dərs: ofisin yoxluğu biznes üçün maneə deyil. Əvvəlcə müştəriləri evdə qəbul etmək olar.

5. Şerlok xeyriyyə ilə məşğul olur

Məşhur detektiv işini o qədər sevirdi ki, bir sıra hallarda göstərdiyi xidmətə görə pul almırdı. Doktor Vatson yazır ki, “Holms bütün dahi rəssamlar kimi, yalnız sənətə olan sevgisindən işləyirdi. Şerlok o qədər təmənnasız və ya müstəqil idi ki, bəzən zəngin və məşhur insanların işini araşdırmaqda özü üçün maraqlı bir şey tapmadıqda, onlardan imtina edirdi. Eyni zamanda hər hansı bir kasıbın işi ustalığını tətbiq etmyə imkan verəcək qədər sirli və həyəcanlı olduqda, həftələrlə o iş ilə məşğul olurdu”.

Dərs: İşinizə sadiqsinizsə, bəzən sizin məhsul və ya xidmətinizə pulu olmayanlara təmənnasız kömək etməlisiniz.

 

6. Şerlok qardaşından borc alır

Professor Moriarti ilə münaqişədən sonra Şerlok qaçmağa məcbur idi. Piyada və pulsuz Alp dağlarını keçərək Florensiyaya gəlib çatır. Oradan qardaşı Maykraft Holms ilə əlaqə saxlayır və ondan pul istəyir.

Dərs: fövqəladə hallarda yaxınlarınızdan maliyyə dəstəyi istəyin. İmtina etsələr, kredit götürün.

 

7. Şerlok öz inkişafına pul yatırırdı

Holms 1891-1894-cü illərdə gizlənməyə məcbur idi. Bu vaxtını o səyahətlərə və xarici təcrübə əldə etməyə sərf edir. Xüsusilə, xəfiyyə Tibetə gedir, Dalay-lama ilə görüşür, İrana səyahət edir, bir neçə ay Monpelyedə (Fransanın cənubu) daş-kömür qətranının araşdırılması ilə məşğul olur.

Dərs: vəsaitinizi yeni bir şey öyrənməyə sərf edin. Yaşınızın fərqi yoxdur. İnkişaf etmək və pul qazanmaq üçün bilik lazımdır.

8. Şerlok göstərdiyi xidmətlərin dəyərini açıqlamırdı

Şerlok göstərdiyi xidmətə görə sabit məbləğ alırdı. Hekayələrin birində o deyir ki, – “Mənim xidmət haqqım dəqiq müəyyən edilib. Ümumiyyətlə ödənişdən imtina etdiyim hallar istisna olmaqla, mən onu dəyişmirəm”. Dəqiq məbləğ heç yerdə açıqlanmır.

Dərs: sıravi xidmətlər göstərmirsinizsə, qiymətini şəxsən bildirin. Həmçinin müştəriyə də istədiyi məbləği ödəmək seçimini verə bilərsiniz, yəni lazım bildiyi məbləği özü ödəsin. Xidməti keyfiyyətli şəkildə yerinə yetirmisinizsə, yaxşı məbləğə ümid edə bilərsiniz.

9. Şerlok təqaüd üçün pul yığırdı

50-dən bir qədər çox yaşı olan böyük xəfiyyə işinə son verir və Susseksə (London yaxınlığında qraflıq) istirahətə gedir. Orada arıçılıqla məşğul olur. Güman etmək olar ki, hesabında kifayət qədər pul olduğu üçün Holms xəfiyyə kimi xidmət göstərməkdən imtina edir və özünə yeni maraqlı məşğuliyyət tapır.

Dərs: təqaüd üçün mümkün qədər tez qənaət etməyə başlayın. Bununla siz təmin edilmiş qocalıq, boş vaxt əldə edəcək və xoşladığınız işlərə daha çox vaxt ayıra biləcəksiniz.

 

Son xəbərlər
Digər xəbərlər