21 C
Baku
Friday, April 26, 2024

Servis üzrə Məsləhətçi – Group Motors

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Servis üzrə Məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
• Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
• Xidmət  satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:

• Yaş: 25-40;
• Texniki sahədə ali təhsil;
• Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Servis üzrə Məsləhətçi” qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər