8 C
Baku
Friday, March 29, 2024

Shell rəhbəri neft qiymətləri ilə bağlı proqnoz verib

Banker.az saytı xəbər verir ki, britaniya-hollandiya neft-qaz şirkətinin rəhbəri Shell Ben van Berden 2017-ci ildə neft qiymətlərinin 1 barrel üçün 50 dollar və hətta daha aşağı səviyyədə olacağını gözləyir.

 

“İndi neft qiymətlərini demək olar ki, təxmin etmək mümkün deyil. Bu il bizim daha konservativ nəzər nöqtəmiz var. Belə ki, bu il ərzində neft qiymətləri 1 barrel üçün 50 dollar və hətta 50 dollardan daha az səviyyədə ola bilər. Qiymətlər bu səviyyədə olarsa bizim biznesimiz normal, gəlirli olacaq” deyə Berden bildirib.

Berden həmçinin qeyd edib: “Düşünürəm ki, fundamental amilləri nəzərə alsaq, neft qiymətləri arta da bilər. Bəli, qiymətlər arta bilər, lakin bunun nə zaman baş verəcəyi və hansı müddət ərzində davam edəcəyini hazırda demək çox çətindir. Bu OPEC-dən asılı olacaq və bunun əhəmiyyətli hissəsi bazardakı vəziyyətdən asılı olacaq”.

Shell rəhbəri vurğulayıb ki, hətta qiymət 1 barrel üçün 40 dollar səviyyəsində olsa belə, şirkət öz strategiyasını dəyişməyəcək və demək olar ki, istənilən neft qiyməti şərtlərində işləyə biləcək.

Son xəbərlər
Digər xəbərlər