20 C
Baku
Wednesday, April 24, 2024

Sığorta agentlərinin dələduzluq sxemi aşkarlandı

Azərbaycanda sığorta agentləri kütləvi şəkildə eyni sxem üzrə avto nəqliyyat vasitələrinin sahiblərini aldadırlar.

Azərbaycanın sığorta şirkəti AXA MBASK-ın agent satışları departamentinin direktoru Azad Məhərrəmovun dediklərinə görə, dələduz sığorta agentləri əksərən istehlakçıları iki üsul ilə aldadırlar.

A. Məhərrəmov: «AXA MBASK sığorta agentliyi öz agentlərinə qarşı sərt siyasət tətbiq edir. Sığorta agentlərini seçdiyimiz zaman biz onlarla müqavilə bağlayırıq. Bu müqavilədə həmçinin dələduzluq faktları zamamı agentin məsuliyyəti də nəzərdə tutulur. Biz agentlərin keçmiş fəaliyyətini araşdırdıqdan sonra onları işə qəbul edirik. AXA MBASK şirkəti həmçinin xüsusi proqram təminatı təyin edib. Bu proqram sayəsində yazılmış hər sığorta haqqını görmək olur. Sığorta agentləri tərəfindən məlumat bazasına səhv məlumat daxil edildiyi zaman və həmçinin digər pozuntular baş verən zaman şirkət agentlə müqaviləni ləğv edir”.

Onun sözlərinə görə, AXA MBASK agentləri ilə belə faktların yaşanmaması üçün hər gün sığorta agentlərinin fəaliyyətlərinin təhlili aparılır.

A. Məhərrəmov: «AXA MBASK kimi agent şəbəkəsinə sahib olan bütün digər sığorta şirkətlərin də öz proqram təminatları var. Lakin hər vir şirkət proqram təminatını öz fəaliyyət üsullarına uyğun qraşdırır. Bazara gəldikdə isə, deyə bilərəm ki, burada həqiqətən də sığortaçıları aldatmaq problemi mövcuddur. Bəzi agentlər artıq sığortalanmış avtomobilləri Büro məlumat sisteminə səhv məlumat daxil edərək yenidən sığortalayırlar. Belə ki, əgər şəxsiyyət vəsiqəsinin PİN-kodunu dəyişdirilmiş şəkildə və yaxud avtomobilin nömrəsini tire ilə daxil etsək, sistem avtomobilin sığortalanmadığını göstərir”.

Onun sözlərinə görə, əksərən agentlər bu cür əməliyyatları alış- veriş və notariat kontorunda avtomobilləri təzədən sənədləşdirilən zaman həyata keçirirlər. Sistem DİN-in məlumat bazası ilə inteqrasiya olmayana qədər bu problem davam edəcək.

A. Məhərrəmov: «Agentlər bonus- malus bonus sistemini tətbiq etdiyi zaman da agentlər bu cür dələduzluqlara əl atırlar. Onlar səhv məlumat daxil edərək, məsələn PİN-kodda artıq bir rəqəm və yaxud tire, sistem avtomatik olaraq avtomobilin sığortalanmadığını göstərir və ilkin sığortalanın məbləğini təyin edir. Əlbəttə ki, məlumatlı sığortaçılar icbari sığorta üzrə Büroya müraciət edirlər və öz bonuslarını tələb edirlər, yəni artıq pul ödəmirlər. Yeri gəlmişkən, bonus- malus sistemi yalnız yol nəqliyyat hadisələrəi zaman bonusları ödəməyə imtina edir. Yol hərəkətinin qaydalarını pozmağın sistemə bir aidiyyatı yoxdur».

Fineko

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər