16 C
Baku
Friday, April 19, 2024

Sığorta bazarına dəyən zərbələr- Araşdırma

Sığorta bazarı artıq neçə il idi ki, durmadan inkişaf edirdi. Vəziyyət ideal olmasa da, bu trend artıma köklənmişdir. Lakin son 1 il də baş verən hadisələr bu bazarada da təsirsiz ötüşmədi.

Bu proses avtomobil kreditlərinin məhdudlaşdırılmasından sonra başladı. Təxminən bir il öncə Mərkəzi Bankın qərarı ilə Banklarda avtomobil kreditlərinin verilməsi qismən məhdudlaşdı.

Avtomobilin kreditin alınması zamanı avtomobilin sığortası mütləq olduğundan, demək olar ki bütün sığorta şirkətləri bu sxemdən kifayət qədər gəlir əldə edirdilər.

Lakin,  artıq bir müddətdir ki, banklar avtomobil kreditlərin verilməsini dayandırıb. Bankların avtomobil kreditlərini dayandırması bank sektorundan sonra sığorta bazarına da mənfi təsir etdi. Bu hadisədən sonra avtomobil sığortasından toplanan sığorta haqlarında azalmalar müşahidə olundu.

Nəticədə avtomobil kreditlərinin  dayanması sığorta üçün müraciət edənlərin sayını və sığorta şirkətlərinin gəlirlərini kəskin azaltdı. Təbii ki, bu qadağadan daha çox iri maliyyə qruplarına və holdinqlərinə daxil olan, eləcə də tərəfdaş banklarla işləyən sığorta şirkətləri də əziyyət çəkdi.

Devalvasiyanın təsiri

Devalvasiyanın nəticəsi Bank sektorunu birbaşa iflic etməsinə baxmayaraq, sığorta bazarına dolayı yolla təsir etmişdir. Bu təsir əsasən əhalinin alıcılıq qabiliyyətinin zəifləməsində özünü daha qabarıq şəkildə biruzə verir. Çünki əhalinin aylıq əmək haqqısı dəyişməz qalmış, lakin 70-80% malların qiymətində artımlar vardır. Və əgər biz Maslou ehtiyaclar piramidası prizmasından çıxış etsək, sığorta heç də əhalinin ilkin xərc meyarları pilləsində deyildir və çox insan əvvəl sığorta haqqında düşünürdüsə, artıq bu tip məhsulların alışını növbəti mərhələlərə saxlamağa üstünlük verir.

Sığorta olunana aydın məlumatın verilməməsi

Sığorta bazarının zəif inkişafının digər səbəbi də sığortaçıların bu bazara uzun perspektivdə baxmaması, müştəri məmnunluğunun gəlirə nisbətən ikinci plana atmasındadır.

Bəzən müştərini tez yola salmaq üçün, bəzən isə alıcının tələsdiyi üçün sığorta müqaviləsi bağlanan zaman sığorta olunan şəxsə sığorta mahiyyəti haqqında tam izahlı şəkildə məlumat verilmir. Müştəri bilmir ki, hansı tip sığorta müqaviləsinə imza atır. Bu çox hallarda hadisə baş verdikdən sonra müştəri tərəfindən bilinir və o da öz növbəsində sığorta şirkəti tərəfindən aldadıldığını düşünür. Misal üçün, avtomobil alışı zamanı avtomobilin sığortalanması adətən natamam sığorta ilə həyata keçirilir. Müştəri arxayındır ki, sığortası vardır və hadisə baş verdikdə sığorta şirkəti bildirir ki, o zərərin yalnız bir qismini ödəyəcək. Bu halda müştəri sığorta şirkətinin onu aldatdığını düşünür və cəmiyyətdə zəncirvari formada sığorta şirkətlərinə etibar azalar. Yəni bu şəxsin könüllü olaraq digər bir sığorta (misal üçün əmlakın sığortalaması ) düşünmək artıq nonsensdir – bu adam sığorta şirkətləri üçün potensial müştəri kimi artıq itirilmiş müştəri hesab edilə bilər.

Devalvasiyası nəticəsində bazarın çökməməsinin səbəbi

Yuxarıda devalvasiyanın sığorta bazarına dolayı təsiri haqqında danışmışdır. Lakin , sığorta bazarı üçün sevindirici haldır ki, bu tip şirkətlərin çoxunun xarici valyutada öhtəlikləri yoxdur. Əks halda bank – müştəri narazıçılığı və pul itkisi sistemi bu bazardada qaçılmaz olardı.

Hazırda sığorta bazarı əsasən qanunvericilikdə dəyişikliklər, icbari sığorta məhsullarının artırılmasına gözlərini dikiblər. Əks halda, sığorta bazarı müştəri məmnunluğu nüansını nəzərə almasa , bu bazarın inkişafı uzun müddət ləngiyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər