Sığorta bazarının 2017-ci ilin yanvar-sentyabr ayları üzrə göstəriciləri açıqlandı

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 milyon 580 min manat təşkil edib.

Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42.7 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 861 min manat artaraq 281 milyon 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 22 milyon 302 min manat artaraq 147 milyon 726 min manata yüksəlib.

İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 846 min manat daha azdır. İcbari növlər üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 694 min manat azalaraq 40 milyon 854 min manat təşkil edib.  

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

 2017-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqlarıvə sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında)
(manatla)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 3,398,694.29 5,684,691.27
2 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 17,139,255.50 9,421,835.20
3 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 9,490,814.28 3,214,678.18
4 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 25,870,451.48 38,563,497.26
5 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 27,857,207.48 11,662,064.71
6 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 18,794,638.87 6,672,510.07
7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 23,275,534.00 9,471,384.00
8 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 6,267,296.85 2,726,320.84
9 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,075,770.82 212,916.43
10 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 20,503.48 35,924.78
11 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 6,649,642.62 702,168.05
12 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 14,394,570.46 2,180,117.40
13 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 112,191,908.53 38,287,872.56
14 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 93,613,710.87 35,160,967.30
15 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 14,145,020.06 14,420,574.39
16 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 447,624.93 452,731.82
17 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 10,114,345.27 4,467,310.22
18 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 5,269,129.25 3,198,181.74
19 “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 7,546,807.69 200,418.63
20 “İPƏK YOLU SIĞORTA” ASC 16,705,981.95 1,777,166.18
21 “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 15,801.10 58,384.16
22 “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti 68,015.19 8,015.00
YEKUN 414,352,724.97 188,579,730.19

 

 2017-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında)
(manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
könüllü sığortalar üzrə – cəmi : 281,647,784.28 147,725,550.63
o cümlədən: 0.00 0.00
Həyat sığortası üzrə 123,875,358.50 89,051,943.49
o cümlədən: 0.00 0.00
həyatın ölüm halından sığortası 24,095,737.43 1,845,032.80
həyatın yaşam sığortası 98,672,867.67 87,197,060.69
annuitet sığortası 0.00 0.00
əmək qabiliyyətinin sığortası 1,006,341.50 0.00
sağalmaz xəstəliklərdən sığorta 100,411.90 9,850.00
Qeyri-həyat sığortası üzrə 157,772,425.78 58,673,607.14
o cümlədən: 0.00 0.00
Şəxsi sığorta 70,587,364.69 42,771,857.56
o cümlədən: 0.00 0.00
fərdi qəza və xəstəlik sığortası 3,097,774.65 364,965.77
tibbi sığorta 64,981,929.26 42,117,391.83
xaricə səfər edən vətəndaşların sığortası 2,507,660.78 289,499.96
Əmlak sığortası 87,185,061.09 15,901,749.58
o cümlədən: 0.00 0.00
əmlakın sığortası 70,354,558.52 13,562,437.56
o cümlədən: 0.00 0.00
əmlakın yanğından və digər risklərdən sığortası 29,426,052.07 1,956,136.64
avtonəqliyyat vasitələrinin sığortası 16,894,267.56 8,370,906.93
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 273,381.63 0.00
hava nəqliyyatı vasitələrinin sığortası 10,369,001.53 15,594.00
su nəqliyyat vasitələrinin sığortası 7,087,387.70 0.00
yüklərin (nəqliyyat) sığortası 2,300,686.07 36,976.02
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 1,324,136.01 1,419,365.96
kənd təsərrüfatı heyvanlarının sığortası 1,962,015.32 44,238.01
əmlakın sığortası ilə bağlı digər siniflər 0.00 0.00
o cümlədən : 0.00 0.00
işçilərin dələduzluğu sığortası 668,738.63 1,719,220.00
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 48,892.00 0.00
titul sığortası 0.00 0.00
mülki məsuliyyətin sığortası 16,821,232.97 2,335,178.38
o cümlədən: 0.00 0.00
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1,070,685.42 89,872.60
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.00 0.00