19 C
Baku
Tuesday, April 16, 2024

Sığorta bazarının peşəkar iştirakçılarının hesabatların verilməsi üçün istifadə etdikləri daxil olma linki dəyişib

Sığorta bazarının peşəkar iştirakçılarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim etməli olduqları hesabatların elektron formada verilməsi üçün istifadə etdikləri link ünvanı yenisi ilə əvəz olunub.

MBNP-nin mətbuat xidmətindən  bildiriblər ki, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib. Sözügedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur.

Sığorta qanunvericiliyinə əsasən, hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər