26 C
Baku
Saturday, April 20, 2024

“Sığorta fəaliyyəti haqqında” qanunu müzakirə edildi

“Sığorta fəaliyyəti haqqında” Qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Administrasiyasında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Meqa Sığorta” Şirkətinin nümayəndələri iştirak edib.

“Sığorta fəaliyyəti haqqında” Qanuna “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi görüşdə geniş müzakirə edilib. Sığortaçının maliyyə vəziyyətinin bərpası və sağlamlaşdırılmasını nəzərdə tutan layihə barədə tərəflər öz mövqelərini bildirib və müəyyən maddələrlə bağlı dəyişiklik təklif edilib.

Qanun layihəsinin yenidən müzakirəsi və təklif edilən dəyişikliklərin nəzərə alınması baxımından layihənin Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim edilməsi qərara alınıb.

Qeyd edək ki, bir müddət öncə “Müvəqqəti İnzibatçılıqla bağlı” dəyişiklik layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsində sığortaçılar tərəfindən müzakirə edilmişdir və sığortaçıların layihə ilə bağlı təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmışdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər