13 C
Baku
Friday, March 29, 2024

“Sığorta fəaliyyəti haqqında” qanunundakı dəyişiklik təsdiq edildi

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanun təsdiq edilib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat verilir.

Məlumatda deyilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda  aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2.10-cu maddədə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış” sözləri “Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin və həmin maddədən “birbaşa və ya” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 17.3-cü maddə əlavə edilsin:

“17.3. Həyatın yığım sığortası və (və ya) annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.

Son xəbərlər
Digər xəbərlər