16 C
Baku
Friday, April 26, 2024

Siğorta haqqı azaldılsa, sahibkarlar əmək müqaviləsi bağlayar

Sahibkarların 54 faizi işəgötürənlər üçün sosial sığorta tarifinin 12-15 faiz, 43 faizi isə 8-10 faiz intervalında olmasını istəyir. 

İTYM-in eksperti Rövşən Ağayev hesab edir ki, sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün 22 faizdən 15 faizədək endirilməsi məqsədəuyğundur: “İşəgötürənlərin sosial sığorta yükü azaldılmalıdır. Eyni zamanda differensial sığorta haqlarının tətbiqi imkanları nəzərdən keçirilə bilər. Məsələn, 1000 manatadək məvaciblər üçün 10 faiz, bu məbləğdən yuxarı əmək haqları üçün nisbətən yüksək ayırma dərəcəsi tətbiq edilə bilər. Yaxud sosial sığorta ayırmalarının maksimum həddi 18 faiz müəyyən edilə, həmin yük işçi və işəgötürən arasında bərabər nisbətdə bölünə bilər. Əmək müqaviləsinin tətbiqi sahəsində nümunəvi olan sahibkarlara sığorta ayırmaları üzrə rüblük və ya illik güzəştlər tətbiqi də yaxşı variantdır”.

Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələrinin bərabərləşəcəyi barədə açıqlama verib. MDB ölkələrində bu sistemin tətbiqinə başlanıb. Məsələn, Qazaxıstanda sosial sığortanın 11 faizini işəgötürən, 10 faizini işçi, Qırğızıstanda 26 faizin işəgötürən, 8 faizini işçi ödəyir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, tətbiq olunması planlaşdırılan yeni sistem vergi yükünün işəgötürənin üzərindən işçinin üzərinə transfer edilməsi deməkdir: “Bu islahatın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondadır ki, yeni sistem sahibkarlara stimul verəcək. Nəticədə sahibkarlar əmək müqavilələrinin bağlanmasında maraqlı olacaqlar. Əmək müqavilələrinin bağlanmaması və bağlanan əmək müqavilələrində əmək haqlarının aşağı göstərilməsinin əsas səbəbi sahibkarların ödədiyi sosial ayırmaların yüksək olmasıdır. Sahibkar hər 100 manata görə işçi üçün 22 manat sosial sığorta haqqı ödəyir ki, bu da kifayət qədər yüksəkməbləğdir”.

Vüqar Bayramov islahatın mənfi tərəfi kimi işçilərin ödənişlərinin artmasını göstərir: “Nəzərə alaq ki, yaşayış minimumundan, yəni 125 manatdan yüksək maaş alan hər bir işçi öz əməkhaqqından 14 faiz gəlir vergisi ödəyir. Bu gəlir vergisinin üzərinə hər 100 manat üçün 12,5 faiz sosial sığorta haqqının gəlməsi işçinin maaşından kifayət qədər pulun çıxmasına səbəb olur. Vətəndaş aldığı hər 100 manata 26 manat 50 qəpik ödəmə edəcək”.

Dünya təcrübəsindən də danışan Vüqar Bayramov bildirir ki, sosial haqlar dünya təcrübəsində işəgötürən, gəlir vergisi isə işçilər tərəfindən ödənilir: “İnkişaf etmiş ölkələrdə gəlir vergisinin dərəcəsi nisbətən yüksəkdir. Mərkəzi və Şərqi Avropa ölkələrində, MDB-də bu məbləğ aşağıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər