16 C
Baku
Thursday, April 25, 2024

Sığorta ödənişləri 3,7 dəfə artıb

2013-cü il ərzində Azərbaycanın sığorta şirkətləri avtomobillərin icbari sığortası üzrə 25,3 milyon manat ödəniş ediblər. İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, bu məbləğ 18 477 sığorta tələbi üzrə ödənilib. Ötən il sığorta şirkətlərinə qarşı irəli sürülən 738 sığorta tələbi isə baxılma mərhələsindədir.

2013-cü ildə həm sığorta tələblərinin sayı, həm də sığorta ödənişlərinin sayında kəskin artım baş verib. Belə ki, 2012-ci ildə 5794 sığorta tələbi olduğu halda 2013-cü ildə bu göstərici 3,2 dəfə artıb. Eləcə də 2012-ci ildə sığorta ödənişlərinin məbləği 8,5 mln. manat təşkil etmişdi ki, ötən il bu məbləğ 3,7 dəfə artıq olub. Araşdırmalar göstərib ki, 2013-cü ildə həyata keçirilmiş sığorta ödənişlərinin 64%-i 2012-ci ildə, 36%-i isə 2013-cü ildə bağlanan sığorta müqavilələri üzrə olub.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

cedvels

 

Fins.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər