21 C
Baku
Thursday, April 25, 2024

Sığorta şirkət səhmlərini dövriyyədən çıxarır

“Azərqarant Sığorta” ASC könüllü ləğv olunması ilə əlaqədar AZ1008005030 nömrəli, adi, adlı səhmlərini dövriyyədən çıxarır.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, şirkətin hər birinin nominal dəyəri 561 manat olan 10 000 ədəd olan (5,61 mln. manatlıq) qiymətli kağızının dövriyyədən çıxarılması və ləğv edilməsi martın 17-dən başlayaraq 2 ay müddətində həyata keçiriləcək.

Xatırladaq ki, “Azərqarant Sığorta” 1993-cü ildə yaradılmış “Şərqə Qapı Sığorta” MMC-nin hüquqi varisidir. Şirkət ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb onun kapital çatışmazlığı problemi ilə üzləşməsidir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər