5 C
Baku
Friday, March 29, 2024

Siğorta şirkətləri fermerlərlə əməkdaşlığa maraqlı deyillər

“Siğorta sahəsində həllini gözləyən problemlərdən biri də kənd təsərrüfatında siğorta mexananizminin təkmilləşdirilməsi, kənd təsərrüfatı əmlakının siğortaya cəlb edilməsini stimullaşdırılması məqsədi ilə dövlət dəstəyinin təmin edilməsindən ibarətdir.

Dünya təcrübəsi həmçinin ölkədə  mövcud vəziyyəti göstərir ki, bu sahənin inkişafı üçün dövlət və özəl sektorun əməkdaşlığı modelinə əsaslanan qanun işlənib hazırlanmalıdır”.

Bu fikirlər ekspertlər tərəfindən iki il bundan qabaq səslənib. İki il ərzində isə bu sahədə tərəqqi özünü göstərmək əvəzinə durğunluq hökm sürür. Belə ki,  Azərbaycandakı sığorta şirkətləri fermerlərin inamını qazanmaqda maraqlı görünmürlər. Bu elə bir sahədir ki, daim sığorta hadisəsi baş verir. Əgər onlar bu sektora dövlətin yardımı olmadan girişərsə, sonradan ciddi problemlər yarana bilər. Tez-tez məhkəmə çəkişmələri olacaq. Qanunda hər iki tərəfin öhdəliyi tam aydın olmalıdır ki, hər iki tərəfin mövqeyini tənzimləyə bilsin. Hazırki qanunlarda kifayət qədər çatışmazlılıqlar var.

Problemlər ondan ibarətdir ki, Azərbaycanda aqrar siğorta hadisəsi kimi qanunvericilikdə yalnız təbii fəlakətlər götürülür, dövlət tərəfindən maliyyə yardımı göstərilən siğorta hadisələri kimi isə təbii fəlakətlərin məhdud siyahısı (yanğin, dolu, sel,daşqın,şaxta vurması) müəyyən olunub. Eyni zamanda aqrar sahəyə dövlət yardımı formalarından biri kimi aqrar siğortanın stimullaşdırılmasına dövlət dəstəyi və bu dəstəyin mexanizmləri ilə bağlı fermerlərin məlumatlılığı aşağı səviyyədədir.

Problemləri aradan qaldırmaq üçün isə mütəxəssislər kənd təsərrüfatı sektorunda risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin təşəbbüsü ilə ölkədə Kənd Təsərrüfatı Kreditlərinin Siğortalanması və Zəmanət Fondunun yaradılması təklif edirlər. Fond siğortaçının və siğortalının arasında vasitəçi rolunu oynaya bilər. Bununlada ciddi problemlərin yaranmasının qarşısı alınmış olar.

Son xəbərlər
Digər xəbərlər