8 C
Baku
Friday, March 29, 2024

Siğorta şirkətləri İSB-nin tələbləri qarşısında acizdir?

Məlumdur ki, İcbari Siğorta Bürosuna 28 siğorta şirkətindən 15-i üzvdir. Büronun üzvi olmaq istəyən siğorta şirkətlərinin azlığı tələb olunan üzvlik haqqının çox olması və büronun maliyyə resurslarının siğortaçılar tərəfindən formalaşmasından irəli gəlir.

Qeyd edək ki, büronun təsisçisi və üzvi olmaq istəyən siğorta şirkətləri üçün üzvlik haqqı 200 min manatdır. Siğorta şirkətləri icbari siğortanın bir neçə növü üzrə fəaliyyət göstərmək istəsələr, hər növə görə ayrıca depozit ödəməlidirlər. Belə ki, Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin əmək qabiliyyətinin itirilməsinin icbari sığortası üzrə 100 min manat təşkil edir.

Sual yaranır? Belə olan halda siğorta şirkətləri icbari siğortanın hansı növü üzrə fəaliyyət göstərməkdə maraqlıdırlar?

Banker. az bu mövzunu araşdırıb.

1. “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

2. ASC “Standard Insurance” Sığorta Şirkəti tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

3. “AtaSığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

4. “Xalq Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

5. “Paşa Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

6. “AXA MBASK” Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

7. “AZSIĞORTA” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

8. “Alfa Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:
• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

9. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

10. “Meqa Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

11. “İpək Yolu Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
• Sərnişinlərin icbari fərdi qəza sığortası

12. “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən həyata keçirilən icbari sığorta növləri:

• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

13. “Paşa Həyat Sığorta” ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

14. “Qala Həyat” Sığorta Şirkəti ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

15. “Atəşgah Həyat” Sığorta Şirkəti ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Belə nəticəyə gəlmək olar ki, siğorta şirkətləri icbari siğortanın iki növü üzrə (Avtomobil, daşınmaz əmlak) fəaliyyət göstərməkdə maraqlıdırlar.

Son xəbərlər
Digər xəbərlər