25 C
Baku
Saturday, April 20, 2024

“Sığorta şirkətləri monopoliyaya getməməlidirlər”

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yanvar-avqust ayları üzrə sığorta haqları və sığorta ödənişləri haqqında məlumat dərc olunub. Statistik rəqəmlərə əsasən, qeyd edə bilərik ki, bir çox(Standard İnsurance, AtaSığorta, Azərqarant, Mega Sığorta, Çartis Azərbaycan) sığorta şirkətlərinin ödəmə faizləri ay ərzində stabil olaraq qalıb. Sual yaranır? Sığorta şirkətlərinin ödəmə haqlarının stabil olmasına hansı amillər təsir göstərir?.

Banker.az saytını maraqlandıran bu suala sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı aydınlıq gətirdi.

Ödəmə faizlərinin stabil qalması  düzgün hal deyil

Bəzi sığorta şirkətləri müəyyən sığorta növləri üzrə fəaliyyət göstərirlər. Hətta bir sığorta şirkətimiz yalnız aviasiya  sığorta növü üzrə məşğuldur. Əgər təyyarə bir il ərzində qəzaya uğramayıbsa, həmin sığorta şirkəti heç bir ödəniş etməyəcək. Ödəmə faizi nəinki ay ərzində heç il ərzində də dəyişməyəcək.  Bəzi sığorta şirkətlərimiz isə indiyənə qədər bir müştəri ilə işləyirlər. Ödəmə faizlərinin artması sığorta hadisəsi ilə bağlı vəziyyətdir. Onu da qeyd edim ki, hər il(ay) ərzində sığorta şirkətlərinin ödəmə faizlərinin stabil qalması bu düzgün hal deyil. Bu da sığorta şirkətlərinin bir növdən asılılığına gətirib çıxarır. Bu gün sığorta şirkətləri çalışmalıdırlar ki, öz portfellərini diversifikasiya (müxtəlifləşdirmək) etsinlər.

Sığorta ödənişi artacaqsa, sığorta haqqı da artmalıdır

Sığorta ödənişləri daim artan istiqamətdə getməlidir deyə bir hal da yoxdur. Əgər sığorta ödənişi artacaqsa, sığorta haqqı da artan istiqamətdə getməlidir. Nəzərə almaq lazımdır ki, sığorta şirkətləri kommersiya qurumlarıdır, məqsədləri pul qazanmaqdır. Ona görə zərərlə işləməli deyillər.

Bazarı balanslaşdırmaq lazımdır

Monopoliyaya, inhisarçılığa getmək, bazarı sünii qiymətlərlə öldürməyə ehtiyac yoxdur. Bütün bu sadaladıqlarımız bazara zərər vuran faktorlardandır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər