14 C
Baku
Thursday, April 25, 2024

Sığorta şirkətləri müştərilərinə kredit verəcəklər – AZƏRBAYCANDA

Yaxın vaxtlardan etibarən Azərbaycanın sığorta şirkətləri öz müştərilərinə kredit verməyə başlayacaqlar. Bu yenilik “Sığorta fəaliyyəti haqqında” qanunda nəzərdə tutulub. Qanunun 17.1-ci maddəsinə əsasən həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər.

Qanuna görə, borcun müddəti sığorta müqaviləsinin müddətini ötməməlidir. Qeyd edək ki, sığorta şirkətlərinin öz müştərilərinə borc verməsi imkanı qanunda indiyədək də təsbit olunmuşdu. Amma hələlik bu borcun hansı qaydalarla verilməsi müəyyən edilməmişdi.

Qanunun tətbiq edilməsi ilə bağlı dövlət başçısının fərmanına əsasən bu maddədə nəzərdə tutulmuş borcun verilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, beynəlxalq təcrübədə sığorta şirətlərinin öz müştərilərinə kredit verməsi halı geniş yayılıb. Bu barədə fins.az-a müsahibəsində ”Paşa Həyat” sığorta şirkətinin idarə heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

Fins.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.