15 C
Baku
Saturday, April 20, 2024

Sığorta şirkətlərindən narazı qalanlar üçün xüsusi sayt yaradılacaq

Azərbaycanda sığorta şirkətlərindən narazı qalan sığortalıların şikayətlərini ictimailəşdirmələri üçün xüsusi sayt yaradılacaq.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat konfransında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev məlumat verib.

M. Abdullayev bildirib ki, Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planına əsasən gözlənilən mühüm yeniliklərdən biri vətəndaşlar tərəfindən sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərin verilməsinin vahid sisteminin yaradılmasıdır:

“Eləcə də, vətəndaşların sığorta şirkətlərindən şikayətlərinə ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məksədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur:

“Məsələn, mən bu yaxınlarda Rusiyada bu istiqamətdə fəaliyyət göstərən saytlardan biri ilə tanış oldum. Hər bir kəs sığorta şirkəti ilə qarşılaşdığı problemi həmin sayt vasitəsilə elan edə bilir. Təbii ki, minlərlə insan həmin şikayəti oxuyur və ictimai aşkarlığa səbəb olur. Bundan sonra sığorta şirkəti, onun barəsində yazılan məlumatı təkzib etmək ya da şikayəti təmin etmək məcburiyyətində qalır. Bu da nəticədə sığorta şirkətlərinin məsuliyyətli olmalarına gətirib çıxardır”.

Lent.az

Son xəbərlər
Digər xəbərlər