26 C
Baku
Saturday, April 20, 2024

Sığorta şirkətlərinin gəlir problemi böyüyür

Ekspert: “Sığorta şirkətlərinin dövriyyəsinin azalması öz mənfi təsirini artıq göstərməkdədir”

Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 11-də sığorta haqlarının artımı, 17-d isə azalması baş verib. Ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 6 şirkətdə 5-10 milyon manat arasında, 9 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır. Hesabat dövründə kasko sığorta 35%-ə yaxın azalaraq 17,3 milyon manat təşkil edib. Ümumiyyətlə, son zamanlar avtomobil sığortasından gələn gəlirlər sürətlə azalır. Bu isə o deməkdir ki, qazancları əsasən avtomobil sığortasından formalaşan sığorta şirkətlərinin gəlirləri azalmağa doğru gedir. Təbii ki, bu da həmin sığorta şirkətlərinə müsbət heç nə vəd etmir.

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, baş verən hadisə fonunda sığorta şirkətlərinin gəlirləri azalacaq. Amma bu heç də onların sıradan çıxması anlamına da gəlməməlidir: “Avro-4” standartının tətbiq edilməsi məsələsi gündəmə gələn andan qeyd etmişdik ki, bu hal sığorta, bank sektoruna, eyni zamanda avtomobil bazarına mənfi formada ciddi təsir edəcək. Artıq bu proqnozların nəticələri də görünməkdədir. Bildiyiniz kimi, avtomobil bazarında dövriyyənin həcminin azalması artıq hiss olunur. Eyni zamanda sığorta gəlirlərinin aşağı düşməsi, avtokreditlərin həcminin azalması hər üç sektora özünün mənfi təsirini nümayiş etdirdi. Bu amil faktlarla da sübut olunub. Sığorta şirkətlərinə avtosığorta vasitəsi ilə daxil olan gəlirlərin azalmasının əsas səbəbi onun avtobazarla əlaqəli sistem olmasından qaynaqlanır. Bildiyimiz kimi, Azərbaycanda sığorta sistemini insanlar hələ tam qavramadığından, əksər hallarda məcburiyyətdən doğan vəziyyətdə avtomobillərini sığorta etdirirlər. Avtomobilin alqı-satqısı, sənədləşdirilməsi, kreditləşməsi prosesi zamanı rəsmi tələb olaraq sığorta sənədinin istənilməsi insanları məcbur edir ki, maşınlarını sığortalasın. “Avro-4″ün tətbiqindən əlavə, habelə, avtomobil alqı-satqısında kredit şərtlərinin sərtləşdirilməsi də avtomobil alışının azalmasına rəvac verib. Belədə bu məqam da sığorta şirkətlərinin gəlirlərinin azalmasına yol açıb. Sığorta şirkətlərinin gəlirlərinin böyük hissəsi məhz avtosığortadan formalaşdığından, bu bazarda kiçilmə avtosığortanın həcminin də azalmasına yol açdı. Belə vəziyyət sığorta şirkətləri üçün heç də yaxşı hal hesab oluna bilməz. Lakin buna sığorta şirkətlərinin sonunun gəldiyi kimi baxmaq da doğru deyil. Onların dövriyyəsinin azalması sadəcə olaraq, sığorta mükafatlarının ödənişi və yaxud likvidliyinin azalmasına öz mənfi təsirini artıq göstərməkdədir”.

Avtomobil sığortasının azalması fonunda, baş verən hadisəni kompensasiya etmək üçün sığorta şirkətlərinin icbari tibbi və icbari mənzil sığortasına daha çox meyllənməsinə gəldikdə, ekspert bu istiqamət üzrə ciddi uğurun əldə oluna biləcəyinə əmin deyil: “Sığortaçı daim öz sektorunun genişlənməsində maraqlı olan tərəfdir. Lakin sığortaçının bu sahədə təşəbbüslərindən əlavə, sığorta bazarının böyük hissəsinin icbari sığortadan formalaşdığını nəzərə alsaq, bu da həmin bazardakı qeyri-müəyyənlik və ona olan inamsızlıqdan irəli gələn məsələdir, burada əhalinin rifah halı məsələsi də önəm daşıyır. Eyni zamanda, ölkəmizdə hazırki sığorta mədəniyyəti yeni-yeni təşəkkül tapır. Bütün bunlar kompleks şəkildə birləşəndə nəticə odur ki, Azərbaycanda sığorta sistemi kifayət qədər təşəkkül tapmayıb. İcbari sığorta da ölkəmizdə bir çox hallarda məcburiyyət yarandıqda baş verir. Avtomobil sığortası onun alqı-satqısı, sənədləşdirilməsi zamanı baş verir, ona görə də insanlar buna məcburi halda gedir. Tibbi və mənzillərin məcburi sığortasında isə vəziyyət qeyri-müəyyəndir. Burada sürətin aşağı olması daşınmaz əmlakın cüzi hissəsinin sığortalanması ilə nəticələnib. Burada da görünür, məcburi tələb ortaya qoyulmalıdır. Lakin o da var ki, insanlar sosial vəziyyətləri ilə bağlı olaraq məcburi ödənişlərə qıcıqla yanaşır. Avtosığortanın həcminin azalması fonunda aydındır ki, sığorta şirkətləri onu kompensasiya etməyin yollarını da artıracaqlar. Amma bu kompensasiya prosesində icbari tibbi sığorta və daşınmaz əmlakın icbari sığortasının rolunun nə dərəcədə olacağını gələcək göstərəcək. Burada o dərəcədə yüksək uğurun əldə olunması əslində,gözlənilən deyil”.

movqe.az

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər