25 C
Baku
Saturday, April 20, 2024

Sığorta şirkətlərinin kapital çatışmazlığının aradan qaldırılması üzrə proqram tərtib edilib

“Ötən il sığorta sektorunda sağlam rəqabət mühitinin təmin olunması, təkmil sığorta bazarının prinsip və əsaslarının formalaşması ilə bağlı müvafiq işlər aparılıb”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, bunu ötən ilin yekunlarına dair iclasda Palatanın Baş icraçı direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, istehlakçıların hüquqlarının müdafiəsi baxımından sığorta vasitəçilərinin fəaliyyəti xüsusi nəzarətə götürülüb: “Bundan əlavə, risklərin təkrarsığorta və sığorta bazarı arasında optimal bölüşdürülməsi istiqamətində işlər aparılıb. Sığortaçıların maliyyə dayanaqlılığının diaqnostikası çərçivəsində kapital çatışmazlığı müəyyən olunub, sığorta şirkətləri ilə intensiv iş aparılıb, kapital yetərsizliyinin aradan qaldırılması üzrə proqram tərtib edilib və icrası nəzarətə götürülüb. Kapital tələbinə cavab verməyən 1 sığorta şirkətinin lisenziyası ləğv edilib”.

Bildirilib ki, 2017-ci ilin sonuna qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərir: “2017-ci il ərzində investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verilib. 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15,7 mlrd. manat təşkil edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər