14 C
Baku
Wednesday, April 17, 2024

Sığorta təzminatlarının ödənilməsi

Sığorta avtomobil sahiblərinin həyatlarının əsas aspektinə çevrilib. Bugünkü gündə hər bir avtomobil sahibi mülki məsuliyyətinin icbari sığorta polisini tərtib etməlidir. Kreditə alınmış hər bir avtomobil qaçırılmadan və yaxud xəsarət almadan könüllü şəkildə sığortalanmalıdır.

Müştəriləri cəlb etmək üçün sığorta şirkətləri cəlbedici tariflər tərtib edirlər, polislər alıcılarına müxtəlif əlavə xidmətlər təqdim edirlər. Əfsuslar olsun ki, iş həqiqi yol-nəqliyyat hadisəsinə çatdıqda sığorta məhsullarının üstün cəhətləri bitir. Sığortanın heç və yaxud bir qisminin ödənilməsi halları müşahidə olunur. Əksək hallarda, sığorta şirkətləri avtomobilin təmiri və yaxud öz hesablarına məhkəməyə müraciət etməyin xərclərini ödəməklə kifayətlənirlər.

Sığorta təzminatının ödənilmədiyi hallarını şərti olaraq 3 qrupa bölmək olar::

1. Sığorta hadisəsinin sübutları olmadığı halda sığorta təzminatının verilməməsi;

2. Sığorta ödəmək üçün sığorta şirkətinin pul vəsaitlərinin olmaması;

3. Avtomobilin təmiri üçün təzminatın məbləği yetmir.

Qeyd etdiyimiz çətinlikləri həll etmək üçün ixtisaslaşmış sığorta vəkili lazımdır.
Birinci halda o, sizə təzminat ödənilməsi üçün sığorta şirkətinə hansı sənədlərin təqdim olunmasını başa salacaq.
Qeyd edək ki, həmçinin yol-nəqliyat hadisəsində sizin günahsız olduğunuzu sübut etmək də gərək ola bilər. O zaman günahkar şəxsin sığorta şirkəti sizin təzminatınızı ödəməli olacaq.

İkinci halda məhkəməyə və ölkənin avtomobil sığorta assosiyasiyasına şikayət ərizəsi  ilə müraciət etmək lazımdır. Müraciət üçün sənədlərin tərtibi zamanı çox saylı nüansları nəzərə almaq lazımdır.

Üçüncü halda vəkilin əsas öhdəliyi məhkəmədə avtomobil sahibinin maraqlarını müdafiə etməkdir. Öncədən müstəqil ekspertiza keçirtmək lazımdır. Bu ekspertiza zamanı yol-nəqliyyat hadisəsində xəsarət almışın bərpa olunmasının həqiqi dəyərini qiymətləndirməyə kömək edəcək. Əksər hallarda nəqliyyat vasitəsini bərpa etmək üçün təmirin müstəqil qiymətləndirilməsi yetərli olur. Bundan savayı, məhkəmə prosesi zamanı lisenziyalı mütəxəssislərin fikri daim nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər