15 C
Baku
Saturday, April 27, 2024

Sığortada “qara siyahı” yaradıla bilər

Yanvarın 15-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının iclası keçirilib. İclasda 2014-cü ildə ASA-nın gördüyü işlər, həmçinin 2015-ci ildə görüləcək işlərin planı müzakirə olunub. Bununla yanaşı, tədbirdə ASA-nın 2014-cü il büdcəsinin hesabatı verilib və 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb.

İclasda 2014-cü ildə sığorta sahəsi üzrə qanunveriliciyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilib.

Assosiasiyaya yeni üzvlərin (hüquqi şəxs sığorta brokerlərin) cəlb edilməsi, agentlərin “qara siyahı”sının hazırlanması kimi məsələlər ətrafında da söhbətlər aparılıb. Həmçinin, iclasda Sığorta Təlim Mərkəzinin fevraldan fəaliyyətə başlaması barədə qərar verilib.
İclasda 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun və Badendə ənənəvi olaraq keçirilən sığorta və təkrarsığorta həftəsində “Azərbaycan gecəsinin” təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, iclasda ASA-nın Müşahidə Şurasının üzvü olan sığorta şirkətlərinin – Standard Insurance, AXA Mbask, İpək Yolu, Azərsığorta, A-Qroup, AzSığorta, AzRe Təkrarsığorta, PAŞA Sığorta, Atəşgah Həyat Sığorta şirkətlərinin rəhbərləri iştirak edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər