26 C
Baku
Friday, April 19, 2024

Sığortalı avtomobilinə sığorta cəriməsi gəlib – VİDEO

Avtomobilini icbari qaydada sığorta etdirib, buna dair müqavilə imzalayıb, ancaq sığorta etdirmədiyi üçün 2 ay sonra adına cərimə gəlib.

Bu hadisə Ağcabədi rayon sakini Oktay Səfərovun başına gəlib. O deyir ki, bu ilin aprel ayının əvvəlində özünə məxsus avtomobili “Atəşgah” sığorta şirkəti vasitəsilə icbari qaydada sığorta etdirib. Sığorta agenti müqavilə ilə ona yaxınlaşıb və 71 manat ödənişi qəbul edib. Avtomobilini sığorta etdirdikdən iki ay sonra ona sığorta olunmadığı üçün cərimə gəlib.

Oktay Səfərovun sözlərinə görə, sığorta şirkəti onun avtomobilinin icbari sığortasını yenidən rəsmiləşdirsə də, cərimə ödənilməmiş qalıb.

Ödənilməmiş cəriməyə görə avtomobilini sürə bilməyən sürücü çıxılmaz vəziyyətdə qalıb. Məsələ ilə bağlı sığorta şirkətinin Ağcabədi rayon nümayəndəliyindən bildirdilər ki, həmin vaxt sistemdə problem olub. Ödəniş sistemə düşmədiyi ücün müqavilə qeydə alnmayıb. Vətəndaşın müraciətindən sonra məsələ araşdırılıb və yenidən müqavilə bağlanıb. O ki qaldı cərimə məsələsinə, vətəndaş özü bununla bağlı şirkətin baş idarəsinə müraciət etməlidir. /xezerxeber.az

Son xəbərlər
Digər xəbərlər